Sentyabrda Azərbaycan-Pakistan biznes forumu keçiriləcək

Sentyabrın 16-da Bakıda Azərbaycan-Pakistan biznes forumu keçiriləcək.
Bu barədə Pakistan mətbuatı xəbər verir.
Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin özəlləşdirmə üzrə federal naziri, İnvestisiya Şurasının üzvü Əbdül Alim Xanla görüşüb və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib. Tərəflər həmçinin sentyabrın 16-da Bakıda keçiriləcək biznes forumla bağlı fikir mübadiləsi aparıblar.
Nazir qeyd edib ki, biznes forum Pakistan və Azərbaycan arasında işgüzar fəallığın inkişafına kömək etmək məqsədi daşıyır. Tədbirin keçirilməsinin iki ölkənin müxtəlif sektorlara investisiya yatırmaq və birgə layihələri təşviq etmək imkanlarını genişləndirəcəyi gözlənilir.
Ə.Xanın sözlərinə görə, Pakistan və Azərbaycan ərzaq təhlükəsizliyi, informasiya texnologiyaları, səhiyyə, kənd təsərrüfatı və digər sahələrə sərmayə yatıra bilər.
“Türkiyə, Azərbaycan və Pakistan birlikdə regionun inkişafında mühüm rol oynaya bilər, bunun üçün qarşılıqlı investisiya və əməkdaşlıq gündəliyi həyata keçirilməlidir”, - o bildirib.
Azərbaycan səfiri ilə görüşdə biznes forumda iştirak edəcək Pakistan nümayəndə heyətinə Əbdül Alim Xan və Cam Kamal Xanın (ticarət üzrə federal nazir) başçılıq edəcəyi qərara alınıb.
Diplomat öz növbəsində qeyd edib ki, Azərbaycan Pakistanda mayeləşdirilmiş təbii qaz, karbamid, elektrik enerjisi və digər sahələrə sərmayə yatıra bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 33 d. əvvəl
- 36 d. əvvəl
-
- 9 saat əvvəl
-
13 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
15 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
15 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
16 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 16 saat əvvəl
-
16 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq
Ən çox oxunanlar

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
