Naxçıvan Geoloji Geofiziki və Hidroloji Ekspedisiya Mərkəzinin maddi-texniki bazası gücləndirilib
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilir ki, "Dövlət Proqramı"na uyğun olaraq Naxçıvan Geoloji Geofiziki və Hidroloji Ekspedisiya Mərkəzinin maddi-texniki bazası gücləndirilib.
Belə ki, Naxçıvan Geoloji Geofiziki və Hidroloji Ekspedisiya Mərkəzi üçün nəqliyyat vasitələri, kompüter, UPS, təhlükəsizlik sistemləri, planşet, plotter, printer, portativ GPS, yüksək dəqiqlikli torpoqrafik işlər üçün geoloji GPS, geoloji GPS CHTN AV, elektron su səviyyəsini ölçən cihaz, buruqqazma qurğusu, HQ qazma boruları, plasmast boru qazma baltası, qazma ucluğu HQ, karotier PQ və karotier HQ avadanlıqları alınıb.
Həmin avadanlıqların alınması Mərkəzin maddi-texniki bazasını gücləndirəcəkdir. Eyni zamanda qazma qurğularının operativ daşınmasına, radiasiyanın öyrənilməsinə, buruq qazma işlərində yüksək faizli kern çıxışının təmin edilməsinə, mineral bulaqların, xəndəklərin, quyu ağızlarının dəqiq koordinatlarının vurulmasına kömək edəcəkdir. Həmçinin avadanlıqların alınması ilə geoloji xəritələrin, cizgi materiallarının çap olunması, layihələrin, hesabatların və cari sənədlərin tərtibatında işlərin sürətlə və keyfiyyətlə yerinə yetirilməsinə nail olunacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
5 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
10 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
10 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ















.webp)









