Bloomberg Economics-dən inflyasiya təhlili: Ən yüksək həddə çatıb
Bloomberg Economics iqtisadçılarının fikrincə, qlobal inflyasiya pik həddinə çatıb. Bloomberg Economics qlobal inflyasiyanın ilin sonuna kimi 5,4 faizə düşəcəyini gözləyir.
Bloomberg Economics (BE) hesab edir ki, orta qlobal inflyasiya bu ilin ikinci rübündə 6,9 faizdən dördüncü rübdə 5,4 faizə, 2025-ci ilin son rübündə isə 3,2 faizə düşəcək.
Marja xəbər verir ki, iqtisadçılar, inkişaf etmiş iqtisadiyyatlarda 2022-ci ildə isə 7,8 faiz, 2023-cü ilin sonunda 3,1 faiz olan bu nisbətin 2024-cü ilin sonuna doğru 2,3 faizə düşəcəyini proqnozlaşdırırlar.
Çin istisna olmaqla inkişaf etməkdə olan bazarlar üçün mürəkkəb inflyasiya səviyyəsi ikinci rübdə 16,9 faizə çatsa da, BE bu nisbətin ilin son rübündə 11,9 faizə, 2025-ci ilin son rübündə isə 6,9 faizə düşəcəyini gözləyir. Çində inflyasiyanın aşağı səviyyədə qalacağı və son rübdə yalnız 2 faizə yüksələcəyi proqnozlaşdırılır.
BE-nin İnkişaf etməkdə olan bazarlar üzrə Baş iqtisadçısı Ziad Daoudun sözlərinə görə, qlobal inflyasiya yavaşladıqca, pul siyasətləri də yumşaldılacaqdır.
Daoud, “Mülayim istehlak qiymətləri artımı və pisləşən əmək bazarının birləşməsi ABŞ Federal Ehtiyat Sisteminin (FED) sentyabr ayında faiz dərəcələrini azaltmasına yol açır. Avropada inflyasiyanın böyük bir enişini gözləyirik ki, bu da eyni ayda daha bir faiz endirimini təmin edəcək. Argentina və Türkiyə kimi həddindən artıq qiymət artımının baş verdiyi ölkələrdə belə, ən pisi geridə qalmış kimi görünür",- deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 27 d. əvvəl
-
2 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
-
3 saat əvvəl
Ağalarov yeni müqavilələr imzaladı - otellər, tibb mərkəzləri tikiləcək
-
4 saat əvvəl
Carlsberg Azerbaijan-ın dəstəyi ilə “Xəzəri Qoruyaq!” aksiyası keçirildi
-
6 saat əvvəl
Azercell istifadəçilərinə 3 aylıq pulsuz “Wolt+” abunəliyi təqdim edir!
-
6 saat əvvəl
Bank of Baku-dan SƏHİYYƏ, TİBB işçiləri üçün 50.000 AZN-dək KOMİSSİYASIZ kredit
-
6 saat əvvəl
İllik gəlirliliyi 18% olan istiqrazların ticarətə buraxılması üçün qərar verilib
- 7 saat əvvəl
Son Xəbərlər

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Ölkənin ən böyük musiqi festivallarından biri baş tutub
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Oktyabrın 1-dən bazarlara vergi nəzarəti gücləndirilir - Uçotda olmayanlara işləməyə icazə verilməyəcək

Azərbaycan şirkəti Almaniya şirkətilə saziş imzaladı - Elektrikli avtobuslar yığılacaq

Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı" yaradılacaq
