Startaplar sahəsində tanınmış azərbaycanlı iş adamı Bakıya gələcək - GÖRÜŞƏ DƏVƏT
Startaplar sahəsində tanınmış azərbaycanlı iş adamı və ABŞ-da yaşayan Fərid İsmayılzadə Bakıya gələcək.
Marja.az xəbər verir ki, bu barədə Fərid İsmayılzadə özünün Linkedin səhifəsində məlumat verib.
"2,5 ildən sonra bizim Mələk İnvestorlar Klubunun Bakıda keçirməyi planlaşdırdığı "Startup World Cup Azerbaijan Regional" tədbirində iştirak etmək üçün Bakıya gələcəm. Qısa səfər olacaq və məqsədim bu səfəri maksimum faydalı etməkdir. Mələk investisiyalar və hazırda portfelimizdə fandreyzinq edən (könüllü maliyyə tapılması və toplanması prosesi) şirkət barədə danışmaq üçün sizləri görüşə dəvət edirəm. Bu görüş ildə 5-10 min dollar risk edə bilən potensial investorlar üçündür. Startaplarını mənimlə bölüşmək istəyənlər üçün ayrı görüş nəzərdə tutulur".
Maraqlananlar Fərid İsmayılzadənin Linkedin səhifəsində statusa "+" və ya ona birbaşa mesaj yazmalıdır. Onlara qeydiyyat linkini göndəriləcək.
Görüş 13 Sentyabr 2024-cü il tarixində, saat 20:00-da "Landmark Hotel"də keçiriləcək.
Qeyd edək ki, 19 Sentyabr 2024-cü il tarixində “Technovate Investments” və “Pegasus Tech Ventures”in təşkilatçılığı ili ADA Universitetində “Startup World Cup” baş tutacaq.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
49 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı

























