Hesab.az-da hərrac bərpa edildi
Hesab.az elektron ödənişlər portalı avqustun 22-dən hədiyyələr hərracına yenidən start verib.
Hərracda Hesab.az portalının qeydiyyatdan keçmiş istifadəçiləri 200-ə yaxın hədiyyə qazanmaq fürsəti əldə edəcək. Hədiyyələr aşağıdakı kimidir:
-İrşad Electronics-dən 7 ədəd telefon
-İrşad Electronics-dən 20 ədəd powerbank
-189 Taxi-dən taksi gedişləri üçün hər biri 25 manat dəyərində 15 ədəd kupon
-Cinemaplus-dan 45 ədəd kinoteatr bileti
-Rahat market-dən 20 ədəd hər biri 25 manat dəyərində bazarlıq kuponu
-Facestudio-dan xanımlar üçün 30 ədəd hər biri 50 manat dəyərində kupon
-Hayat Clinic-dən 20 ədəd hər biri 50 manat dəyərində kupon
-Soloha restoranına 20 ədəd hər biri 25 manat dəyərində kupon
-Hesab.az 20 manatlıq 10 ədəd hədiyyə kuponu
Hərracda iştirak etmək üçün əsas şərt hesab.az portalında qeydiyyatdan keçmiş olmaq və mütəmadi ödənişlər etməkdir. Hərracın ödəniş vasitəsi isə “bonuslar”dır.
Bəs bonuslar necə qazanılır:
Hesab.az vasitəsilə qeydiyyatdan keçən istifadəçilər ödəniş etdikləri zaman müəyyən xallar toplayırlar ki, bunlar da “Bonus” adlanır. Bonuslar hər ödəməyə görə ayrılıqda verilir və istifadəçinin hesab balansında toplanır. Bonusların həcmi ödəmələrin növündən asılı olaraq dəyişə bilər. Bonusların verilməsi “Hesabların ödənişi” bölməsində yerləşən kommunal, mobil, stasionar telefon, internet, tv və s ödəmələr və “Park Cinema” ödənişi zamanı hər 1 qəpik üçün 1 bonus, kredit ödəmələrində isə hər 10 qəpik üçün 1 bonus olmaqla hesablanır. Qeydiyyatsız edilən ödənişlər və sığorta ödənişlərinə heç bir bonus hesablanmır.
Aşağıdakı mərhələlərdən keçməklə hərracda iştirak edə bilərsiniz:
1. "Şəxsi Kabineti"nizdə yerləşən "Hədiyyələrin siyahısı" düyməsini klikləyin.
2. Hər hansı bir hədiyyənin altında yazılan "İştirak etmək" düyməsini klikləyin. Bu zaman açılan pəncərədə siz, həmin hədiyyə üçün müəyyən edilmiş minimal lot və ya digər müştəri tərəfindən ən son edilmiş təklifi görəcəksiniz. Əgər bonusunuz kifayət edirsə, daha çox bonus təklif edirsiniz.
Əgər 24 saat ərzində sizdən daha çox bonus təklif edən olmazsa, siz həmin hədiyyənin sahibi olursunuz. Əgər sizin təklifinizdən daha çox təklif olarsa, sizin hədiyyə üçün təklif etdiyiniz bonuslar geri qaytarılır.
Qaydalar ilə burada tanış ola bilərsiniz - Qaydalar
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 24 d. əvvəl
- 29 d. əvvəl
-
-
33 d. əvvəl
Mark Zukerberq Bezosu keçərək dünyanın ən varlı 4-cü şəxsi olub
-
2 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
18 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qızılın qiyməti yenidən 5 min dolları keçib
Rəsmi məzənnələr açıqlandı
Mark Zukerberq Bezosu keçərək dünyanın ən varlı 4-cü şəxsi olub
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Fevralın 8-də gözlənilən hava şəraiti
“Lombard Türkanə” həbs edildi - 400 minlik ziyan...
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Azərbaycan neftinin son qiyməti
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub






















