Azərbaycanın sığorta bazarı həyatın yaşam və icbari sığortaların hesabına böyüyür
Sığorta növləri üzrə sığorta haqları və sığorta ödənişləri2024-cü ilin ilk 6 ayı ərzində (yanvar-iyun) Azərbaycanın sığorta şirkətləri tərəfindən hesablanmış 725 milyon 161 min manat sığorta haqlarının 357 milyon 728 min manatı və ya 49,3%-i könüllü həyat sığortalarının, 184 milyon 98 min manatı və ya 25,4%-i icbari sığortaların payına düşüb.
Bu barədə Marja.az Mərkəzi Banka istinadən xəbər verir.
Könüllü həyat və icbari sığortalar birlikdə bazarın 74,7%-ini və ya 541 milyon 826 min manatlıq hissəsini formalaşdırıb. Könüllü həyat və icbari sığortalar istisna olmaqla sığorta bazarının həcmi cəmi 183 milyon 335 min manat olub.
Həyat sığortalarının 337 milyon 898 min manatlıq hissəsi həyatın yaşam sığortasının hesabına formalaşıb.
Könüllü həyat sığortalarına - həyatın yaşam sığortası, həyatın ölüm halından sığortası, əmək qabiliyyətinin sığortası və sağalmaz xəstəliklərdən sığorta daxildir. İcbari sığortalar isə - istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortasından, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasından, daşınmaz əmlakın icbari sığortasından, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasından, sərnişinlərin icbari fərdi qəza sığortasından və digər icbari sığorta növlərindən ibarətdir.
CÜZİ ARTIB
2024-cü ilin ilk 6 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə könüllü qeyri-həyat sığortası bazarı cəmi 1 milyon 462 min manat və ya 0,8% artaraq 183 milyon 335 min manat təşkil edib.
Cari ilin ilk 6 ayında artım icbari sığortalar üzrə 5 milyon 808 min manat, könüllü həyat sığortaları üzrə isə 68 milyon 946 min manat məbləğində olub. Bu artımın da 64 milyon 233 min manatı həyatın yaşam sığortasının payına düşüb.
Beləliklə, 2024-cü ilin ilk 6 ayı ərzində sığorta bazarındakı 76 milyon 217 min manatlıq artımın böyük hissəsi həyatın yaşam sığortasının və icbari sığortaların hesabına olub.
Xəbər verdiyimiz kimi, 2024-cü ilin yanvar-iyun dövründə (ilk 6 ayda) Azərbaycanın sığorta şirkətləri tərəfindən 725 milyon 162 min manat sığorta haqları hesablanıb, 356 milyon 633 min manat sığorta ödənişləri həyata keçirilib. Qeyd edək ki, 2023-cü ilin ilk 6 ayı ərzində Azərbaycandakı sığorta şirkətləri tərəfindən 648 milyon 945 min manat sığorta haqları hesablanmış, 225 milyon 32 min manat sığorta ödənişləri həyata keçirilmişdi. Beləliklə, bu il hesablanmış sığorta haqları 11,7%, sığorta ödənişləri isə 58,5% artıb.
Sığorta növləri üzrə sığorta haqları və sığorta ödənişləri
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 13 d. əvvəl
-
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb
Daha 3 həkim-mütəxəssisə plastik cərrahiyyə üçün icazə verilib
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir























