AMFA-nın 16-cı İllik Təltif Şam Ziyafəti keçirilib, BOKT və rəhbərləri mükafatla təltif olunub
12 iyul 2024-cü il tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) 16-cı İllik Təltif Şam Ziyafəti keçirilib.
Yüksək səviyyədə təşkil olunmuş təltif mərasimində dövlət qurumlarının, səfirliklərin, bank və bank olmayan kredit təşkilatlarının, sığorta şirkətlərinin, müxtəlif sektorları təmsil edən biznes assosiasiyaları və mikromaliyyə sektorunda xidmət göstərən yerli və beynəlxalq təşkilatların rəhbər heyəti olmaqla, 100-ə yaxın nümayəndə iştirak etdi. Tədbir eyni zamanda AMFA-nın təsis edilməsinin 23-cü il dönümünə həsr edilmişdi.
16-cı illik Təltif Şam Ziyafəti platinium partnyor ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank, mikromaliyyə sektorunda mikrobizneslərin inkişafını dəstəkləyənqızıl partnyor FINCA Azerbaijan, gümüş partnyorlar Aqrarkredit, FİNOKO, sığorta bazarında fəal olan Meqa sığorta və Meqa Həyat şirkətlərinin maliyyə dəstəyi ilə baş tutub.
Tədbirin açılış hissəsində AMFA-nın Müşahidə Şurasının sədri Cəlal Əliyev illər ərzində AMFA-nın ölkə iqtisadiyyatının inkişafı istiqamətində gördüyü işlərdən danışaraq, regionlarda icra olunan layihələrin mikrobizneslərin inkişafına müsbət təsirini xüsusilə qeyd edib.
İllik Təltifin açılış mərasimində Azərbaycan Sahibkarlar Konfederasiyanının Prezidenti Məmməd Musayev, Mərkəzi Bankın şöbə müdiri Xəyyam İsmayılov, Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Mehman İsmayılov, PAŞA Bankın Maliyyə İnstitutları şöbəsinin rəhbəri Zahid Əfəndiyev çıxışlar edərək AMFA-nın fəaliyyəti və birgə əməkdaşlıqları barədə məlumat verdilər. Onlar, AMFA-nın ölkənin mikromaliyyə sektorunda oynadığı mühüm rolu, bu yolda addıqları addımların vacibliyi və qarşıda duran yeni çağırışlar barədə danışıblar.
Tədbirin əsas məqsədi maliyyə qurumları və partnyor təşkilatlar arasında əlaqələri möhkəmləndirmək, sektorda qabaqcıl təşkilatların təcrübələrini bölüşmək, eyni zamanda, uğurlu və səmərəli fəaliyyəti ilə seçilən qabaqcıl üzv təşkilatları mükafatlandırmaqla inkişaf edən müsbət təcrübələri təşviq etmək idi.
16-cı İllik Təltif Şam Ziyafətində AMFA-nın Mükafat Komitəsi tərəfindən mükafatla təltif olunmuş təşkilatlar aşağıdakılardır:
1. Müştərilərinə Rəqəmsal Maliyyə xidmətlərinin göstərilməsində qabaqcıl mikromaliyyə təşkilatı: FINCA Azerbaijan
2. Mikromaliyyə sənayesində şəffaf qiymət qoyuluşunu təşviq edən təşkilat: Viator Mikrokredit Azərbaycan
3. Müştərilərini maarifləndirmədə qabaqcıl mikromaliyyə təşkilatı: FINCA Azerbaijan
AMFA-nın Müşahidə şurasının sədri Cəlal Əliyev “Azərbaycan Mikromaliyyə Assosiasiyasının inkişafında və sektorun uğurlu təmsilçiliyində uzunmüddətli fəaliyyəti ərzində göstərdiyi yüksək xidmətlərinə görə” və Regional Layihələr üzrə Rəhbəri Sevinc Rüstəmova isə “AMFA-da regional layihələrin uğurlu idarəedilməsində, özünəməşğul əhalinin maliyyə savadlılığının artırlmasında və mikrobizneslərin inkişafında göstərdiyi yüksək xidmətlərinə görə” AMFA-nın Xüsusi Mükafatı ilə təltif ediliblər.
Tədbir çərçivəsində iştirakçılar arasında dünyagörüşünə dair Viktorina keçirilib və qaliblərə AMFA-nın növbəti tədbiri olan “İşə qayıdış” piknikinə xüsusi dəvətnamələr və kitab-hədiyyə kuponları təqdim olunub. Tədbirin yekununda bütün qonaqlarla xatirə fotosu çəkilib.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 13 d. əvvəl
-
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb
Daha 3 həkim-mütəxəssisə plastik cərrahiyyə üçün icazə verilib
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir























