"Bank of Baku" böyüyüb, ilk 6 ayı 11 milyon manatdan çox xalis mənfəət ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİ
"Bank of Baku" ASC 2024-cü ilin ilk 6 ayını (yanvar-iyun) 11 milyon 9 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 17 milyon 44 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin azalması, Bankın əvvəlki dövrlərdə ehtimal olunan mümkün zərərlər üçün yaratdığıehtiyatdan azad olan məbləğin azalması ilə əlaqədardır. İlk 6 ayda "Bank of Baku"nun kredit portfeli, faiz gəlirləri, qeyri-faiz gəlirləri artıb.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2024-cü ilin ilk 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə "Bank of Baku"nun faiz gəlirləri 11 milyon 701 min manat və ya 19% artaraq 72 milyon 873 min manat, qeyri-faiz gəlirləri isə 2 milyon 836 min manat və ya 54,7% artaraq 8 milyon 23 min manat təşkil edib
"Bank of Baku"nun cəmi əməliyyat gəlirlərinin (faiz və qeyri-faiz gəlirlərinin) 14 milyon 537 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 17 milyon 56 min manat artıb. Bununla əlaqədar olaraq, ötən ilin ilk 6 ayında Bankın əməliyyat mənfəəti 16 milyon 236 min manat ikən, 2024-cü ilin eyni dövründə 13 milyon 717 min manat olub.
Eyni zamanda, 2024-cü ilin ilk 6 ayında mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan 964 min manat mənfəətə əlavə olunub və vergidən əvvəlki mənfəəti 14 milyon 681 min manata yüksəlib. 2023-cü ilin ilk 6 ayında ehtiyatdan azad olan 7 milyon 322 min manat mənfəətə əlavə edilmiş və vergidən əvvəlki mənfəət 23 milyon 557 min manata yüksəlmişdi.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
İlk 6 ayda, ötən ilin sonu ilə müqayisədə "Bank of Baku" ASC-nin kredit portfeli (müştərilərə verilmiş kredit) 53 milyon 624 min manat və ya 7,5% artaraq 30 iyun 2024-cü il tarixində 712 milyon 668 min manata çatıb. Bankın cəmi aktivləri isə 80 milyon 201 min manat və ya 9,2% artaraq 951 milyon 91 min manata yüksəlib.
BANKDA ƏHALİNİN VƏ ŞİRKƏTLƏRİN PULU ARTIB
İlk 6 ayda, ötən ilin sonu ilə müqayisədə "Bank of Baku" ASC-nin depozit portfeli 64 milyon 564 min manat və ya 12,5% artaraq 580 milyon 332 min manata yüksəlib. İlk yarımildə həm fiziki şəxslərin, həm də hüquqi şəxslərin depozitləri artıb.
MƏCMU KAPİTALI 100 MİLYONDAN ÇOX OLAN BANKLARDAN BİRİ OLARAQ QALIR
30 iyun 2024-cü il tarixində "Bank of Baku" ASC 136 milyon 399 min manat məcmu kapitala malik olub. Bu məbləğ Mərkəzi Bankın kommersiya banklarına qarşı məcmu kapital tələbindən 2,7 dəfə çoxdur.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
30 d. əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
-
-
36 d. əvvəl
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınır
- 43 d. əvvəl
-
50 d. əvvəl
"FERRUM Kapital” 51 investordan illik 14 faizlə 4 milyon manat borc aldı
-
1 saat əvvəl
Masallıda plastik taralar istehsal ediləcək - Sənaye Məhəlləsində yeni şirkət
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
Ən çox oxunanlar
Zelenski Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib
Rusiyada xiyarın qiyməti ikiqat artıb
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
























