Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqladı.
Marja.az xəbər verir ki, gözələnildiyi kimi TCMB faizini 50% səviyyəsində sabit saxladı.
Bazar iştirakçıları TCMB-nin iyun iclasında faizini dəyişməz olaraq 50% səviyyəsində saxlayacağını proqnozlaşdırırdılar.
TCMB-nin nə vaxt pul siyasətini yumşaltmağa başlayacağı sualı bazarın diqqət mərkəzindədir.
TCMB press-relizində deyilir:
"Aylıq inflyasiyanın əsas tendensiyasının zəifləməsi may ayında müvəqqəti fasilə ilə üzləşmişdir. Son göstəricilər daxili tələbin yavaşladığını təsdiqləyir.
Həmçinin, xidmət inflyasiyasının nisbətən yüksək olması, geosiyasi risklər və ərzaq qiymətləri inflyasiya təzyiqlərini canlı saxlayır. İdarə Heyəti inflyasiya pqroqnozlarının və qiymət davranışının proqnozlara uyğunluğunu yaxından izləyir.
Sərt pul siyasətinin kreditlərə və daxili tələbata təsiri diqqətlə izlənilir. İdarə Heyəti monetar sərtləşdirmənin gecikmiş təsirlərini nəzərə alaraq faiz dərəcəsini sabit saxlamaq qərarına gəlib və inflyasiya ilə bağlı yuxarı istiqamətli risklərə qarşı ehtiyatlı mövqeyini bir daha təkrarlamışdır.
Aylıq inflyasiyanın əsas tendensiyasında əhəmiyyətli və daimi azalma əldə olunana və inflyasiya gözləntiləri proqnoz diapazonuna yaxınlaşana qədər sərt pul siyasəti mövqeyi saxlanılacaq. İnflyasiyanın əhəmiyyətli və daimi pisləşməsi proqnozlaşdırılarsa, pul siyasəti mövqeyi sərtləşdiriləcək.
Pul siyasətində qətiyyətli mövqe, daxili tələbin tarazlaşdırılması, türk lirəsinin real bahalaşması və inflyasiya gözləntilərinin yaxşılaşması yolu ilə aylıq inflyasiyanın əsas tendensiyasını azaldacaq və ilin ikinci yarısında deinflyasiya bərqərar olacaq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)







.jpg)






