20 manata məktəb alış-verişi – QİYMƏTLƏR
Yeni dərs ilinə az qalıb. Artıq valideynlər məktəb alış-verişinə hazırlaşırlar. Alış-verişin böyük hissəsini məktəb ləvazimatları təşkil edəcəkdir.
Azərbaycanda əksər valideynlərin büdcəsi məhduddur. Hamı aşağı qiymətə keyfiyyətli ləvazimatlar almaq istəyir.“Marja.az” olaraq qərara gəldik ki, bu baxımdan valideynlərə istiqamət verək.
Azərbaycanda məktəb ləvazimatlarının satışı ilə məşğul olan ən böyük şəbəkə “Ofisait” mağazalarıdır. Şəbəkənin “28 May” metrosu yaxınlığında, Dilarə Əliyeva 235/a ünvanında yerləşən mağazasında olduq. Qapıları Səməd Vurğun bağına açılan bu mağazanı iri supermarket kimi təsəvvür edə bilərsiniz. Burada heç bir yerdə rast gələ bilməyəcəyiniz çeşiddə dəftərlər, qələmlər, çantalar, kitablar və digər məktəb ləvazimatları satılır. Adamın gözlərinə inanmadığı isə qiymətlərin çox aşağı olmasıdır.
Mağazanın müdiri Rəşad Xudiyev “Marja”ya bildirdi ki, “Ofisait” mağazalarında topdansatış qiymətlərinə pərakəndə satış mövcuddur. Şirkət Azərbaycanda məktəb ləvazimatlarının ən böyük idxalçısı və istehsalçısıdır. Digər mağazalar məktəb ləvazimatlarını topdan alaraq üzərinə öz gəlirlərini əlavə edib satırlarsa, “Ofisait” məhsulları xarici istehsalçılardan birbaşa özü alır və satışını həyata keçirir. Keyfiyyəti ilə seçilən “Oyal” məhsulları da“Ofisait” mağazalarında satılır.
Mağazanın müdirindən, bir ibtidai və bir yuxarı sinif şagirdi üçün məktəb ləvazimatlarının nə qədər pul tələb etdiyini hesablamağı xahiş etdik.
Rəşad Xudiyev bildirdi ki, təxminən 1 məktəbliyə 20-yə yaxın çeşiddə ləvazimat lazım olur. Birinci sinif şagirdi üçün məktəb ləvazimatları səbəti təxminən 20 manat, yuxarı sinif şagirdi üçün isə 39 manat tutur. Təbii ki, ləvazimatların sayından və çeşidindən asılı olarq qiymət dəyişə bilər.
Mağazanın təqdim etdiyi siyahılar və qiymətlər
Birinci sinif şagirdi üçün
| Adı | Ədəd | 1 ədədinin qiyməti, manatla | Cəmi |
1. | Çanta | 1 | 8.28 | 8.25 |
2. | Dəftər (12 vərəq) | 10 | 0.10 | 1.00 |
3. | Rəsm albomu | 1 | 0.55 | 0.55 |
4. | Rəngli kağız (16 vərəq) | 1 | 0.48 | 0.48 |
5. | Say şotkası | 1 | 1.01 | 1.01 |
6. | Penal (zamoklu) | 1 | 0.93 | 0.93 |
7. | Boya (16-lı) | 1 | 1.05 | 1.05 |
8. | Plastilin (6-lı) | 1 | 0.72 | 0.72 |
9. | Plamaster (12-li) | 1 | 0.40 | 0.40 |
10. | Rəngli karandaş | 1 | 0.61 | 0.61 |
11. | Say çubuğu | 1 | 0.62 | 0.62 |
12. | Dəftər üzü | 1 | 0.11 | 0.11 |
13. | Yapışqan | 1 | 0.20 | 0.20 |
14. | Pozan | 1 | 0.09 | 0.09 |
15. | Sadə karandaş | 1 | 0.06 | 0.06 |
16. | Qayçı | 1 | 0.79 | 0.79 |
17. | Karandaş yonan | 1 | 0.22 | 0.22 |
18. | Su bardağı | 1 | 2.16 | 2.16 |
19. | Qələm | 1 | 0.15 | 0.15 |
20. | Xətkeş | 1 | 0.41 | 0.41 |
|
|
| Cəmi | 19.81 |
Yuxarı sinif şagirdi üçün
| Adı | Ədəd | 1 ədədinin qiyməti, manatla | Cəmi |
1 | Xətkeş | 1 | 0,41 | 0,41 |
2. | Penal (Zamoklu) | 1 | 1,16 | 1,16 |
3. | Çanta | 1 | 14,00 | 14,00 |
4. | Dəftər üzü | 10 | 0,12 | 1.12 |
5. | Marker (lövhə üçün) | 1 | 0,47 | 0,47 |
6. | Gündəlik | 1 | 1.20 | 1.20 |
7. | Rəngli karandaş | 1 | 1.70 | 1.70 |
8. | Rəsm albomu | 1 | 0.85 | 0.85 |
9. | Sirkul (katavalnik) | 1 | 1.60 | 1.60 |
10. | Jurnal üzü | 10 | 0.25 | 2.50 |
11. | Su bardağı | 1 | 3.20 | 3.20 |
12. | Pozan | 1 | 0.25 | 0.25 |
13. | Yapışqan | 1 | 0.30 | 0.30 |
14. | Sadə karandaş | 1 | 0.12 | 0.12 |
15. | Karandaş yonan | 1 | 0.32 | 0.32 |
16. | Ştrix | 1 | 0.62 | 0.62 |
17. | Dəftər (60 vərəq) | 10 | 0.40 | 4.00 |
18 | Dəftər (40 vərəq) | 10 | 0.50 | 5.00 |
|
|
| Cəmi | 38,82 |
Qeyd edək ki, “Ofisait” şəbəkəsi 13 mağazadan ibarətdir. Mağazaların ünvanlarını təqdim edirik:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)
.jpg)





.jpg)






