1000 manatlıq inək üçün cəmi 26 manat, 300 manatlıq qoyun üçün cəmi 8 manat – GÜZƏŞTLİ SIĞORTA BAŞLAYIB
Sığorta haqqının 50%-ni dövlət ödəyir: Mal-qara və qoyunların güzəştli sığortası başlayıb.
Azərbaycanda aqrar sığorta mexanizmi vasitəsilə artıq kənd təsərrüfatı heyvanlarını da sığortalamaq mümkündür.
Aqrar Sığorta Fondunın yaydığı məlumatda bildirilir ki, sığorta iri buynuzlu mal-qara ilə yanaşı, xırdabuynuzlu heyvanları – qoyun və keçi təsərrüfatlarını da əhatə edir.
Aqrar sığorta heyvanları çoxsaylı risklərdən – yoluxucu xəstəliklər, təbii fəlakətlər, zəhərlənmə, ilan və həşarat sancması, vəhşi heyvanların hücumundan, 3-cü şəxslərin hərəkətlərindən qoruyur.
Bundan başqa, baytar tərəfindən qulluq zamanı heyvanların kimyəvi maddələrdən zəhərlənməsi, avtomobillə daşınma zamanı qəza, avtomobillə vurulma, elektrik cərəyanı vurması, hətta oğurluq və quldurluq halları da aqrar sığorta tərəfindən qarşılanır.
Bu hallar nəticəsində heyvanlar tələf olarsa və ya məcburi kəsimə gedərsə, müvafiq qaydalara uyğun şəkildə fermerlərə sığorta ödənişi edilir.
Aqrar Sığorta Fondu tərəfindən heyvanları tələf olan fermerlərə böyük ödənişlər edilir. Belə ki, 2022-ci ildə heyvnaların sığortası üzrə fermer və təsərrüfatlara 710 min manat, 2023-cü ildə 910 min manat həcmində sığorta ödənişi edilib.
Qanunvericiliyə əsasən kənd təsərrüfatı heyvanlarının sığortalanması üçün sığorta tarifləri 5,2-8,2% arasında dəyişir. Aqrar Sığorta Fondu tərəfindən təqdim edilən heyvan sığortasının əsas cəhəti onun güzəştli olmasıdır.
Fermerlərə dəstək məqsədilə heyvanların sığorta haqqının 50%-ni dövlət ödəyir, nəticədə fermerlər cüzi ödənişlə heyvanlarını sığorta edə bilərlər.
Belə ki, qiyməti 1000 manat olan mal-qaranın sığortası fermerə seçilmiş zərflən asılı olaraq cəmi 26-41 manata, 2000 manatlıq heyvanın sığortası 52-82 manata, 5000 manatlıq mal-qaranın sığortası isə 130-205 manata başa gəlir.
Xırdabuynuzlu heyvnaların sığorta haqqı daha kiçikdir – 300 manatlıq qoyun və ya keçinin sığortası sahibinə 8-12 manata, 500 manatlıq heyvanın sığortası isə 13-20 manata başa gəlir.
Sığortalanma üçün əsas tələblər – heyvanın birkalı və peyvəndlənmiş olması, EKTİS-də qeydiyyatdan keçməsi və təsərrüfatda müvafiq şəraitin yaradılmasıdır.
Fermerlər Aqrar Sığorta Fondunın rəsmi internet səhifəsinə (https://asf.gov.az/heyvandarliq) daxil olmaqla heyvan sığortasının şərtləri və sığorta tarifləri barədə ətraflı məlumat ala, heyvanlarını sığorta etmək üçün tələb olunan sığotrta haqlarını kalkulyator (https://asf.gov.az/heyvandarliq-sigartasi-kalkulyatoru) vasitəsilə özləri də hesablaya bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 7 saat əvvəl
-
-
8 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bank vəziyyəti pisləşmiş sığorta şirkətinə müvəqqəti inzibatçı təyin etdi
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Bank filialı üçün mebel alır - TENDER
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR
Misin qiyməti yeni tarixi rekord qırdı — tonu 13 min dolları keçdi
Yanvarın 7-də gözlənilən hava şəraiti
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
"Quru sərhədlər indiyə qədər bağlı qalır. Bununla belə, əminəm ki, turist sayını 2 dəfə artırmaq real görünür"

























