"PAŞA Kapital” "Kapital Bank”ın 50 milyonluq istiqraz emissiyasını uğurla həyata keçirdi

(®) On ildən artıqdır ki, Bakı Fond Birjasının üzvü kimi fəaliyyətini uğurla davam etdirən "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC anderrayter kimi çıxış etdiyi daha bir emissiyanı uğurla tamamlayıb.
"Kapital Bank” tərəfindən buraxılan, hər birinin nominal dəyəri 100 (yüz) AZN, ümumi məbləği isə 50 000 000 (əlli milyon) AZN həcmində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların yerləşdirilməsi 10 iyun 2024-cü il tarixində uğurla başa çatmışdır.
“Bakı Fond Birjası” QSC-nin ticarət platformasında həyata keçirilmiş yerləşdirmədə hərrac zamanı 16 hüquqi və 26 fiziki olmaqla, 42 investor tərəfindən sifarişlər yerləşdirilmişdir. Yerləşdirmədə bir istiqraz üzrə qiymət 100 (yüz) AZN təklif edilməklə, 42 sifariş təqdim olunub. Sifarişlərin ümumi məbləği 96 091 685 (doxsan altı milyon doxsan bir min altı yüz səksən beş) AZN təşkil etmişdir.
Qeyd edək ki, yerləşdirilən istiqrazların 22.9%-i fiziki şəxslərin, 77.1%-i hüquqi şəxslərin payına düşüb.
Buraxılışın anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. İstiqrazları abunə yazılışı dövründə əldə bilməyən şəxslər təkrar bazardan əldə edə bilər. Əlavə olaraq bildirək ki, Kapital Bank istiqrazları üzrə faiz (kupon) ödənişləri 10 iyun 2024-cü il tarixindən hesablanılmağa başlanılıb və investorlara ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürülməklə hər 30 (otuz) təqvim gününün başa çatması tarixindən növbəti 3 (üç) iş günündən gec olmayaraq ödəniləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
