Azərbaycanın kapital bazarında rekord qeydə alındı
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankının ümumi həcmi 200 milyon manat olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Bakı Fond Birjasının (BFB) məlumatına görə, hərrac zamanı 15 investor tərəfindən 21 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 541 milyon 682 min manat təşkil etmişdir.
“Marja” xəbər verir ki, 16 avqust 2017-ci il tarixində BFB-də Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərrac zamanı toplanmış sifarişlərin ümumi məbləği (541,7 milyon manat) bütün qiymətli kağızlar üzrə bu günədək müşahidə olunmuş ən yüksək həddir (rekord).
Sifarişlərin böyük həcmdə olması banklarda likvidliyin yüksək olduğuna işarədir. Kreditlərə tələb azaldığından və vəsaitlərin yerləşdirilməsi üçün alternativ alətlər az olduğundan depozit və notların yerləşdirilməsi hərraclarında sifarişlər yüksək olur.
Mərkəzi Bank tərəfindən depozit və qısamüddətli notların yerləşdirilməsi üzrə əməliyyatlar izafi pul təklifinin sterilizasiyası məqsədilə aparılır. Sterilizasiya əməliyyatı - artmış pul kütləsinin inflyasiya potensialına malik izafi hissəsinin dövriyyədən çıxarılmasına yönəldilmiş bir əməliyyatdır. İqtisadiyyata pul buraxılması iqtisadi artıma səbəb olsa da, bu müəyyən həddi keçdikdən sonra inflyasiya yaranır. Məhz inflyasiya yaradan bu kütlənin bazardan təmizləməsinə sterilizasiya prosesi deyilir. Açıq bazar əməliyyatları olaraq depozit əməliyyatları və notların yerləşdirilməsi faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi (hazırda 10%- 15%) arasında tərəddüd edən faiz dərəcələri ilə aparılır. 2017-ci ilin 1-ci yarısında depozit əməliyyatları ilə vəsaitlər 10%- 14.8%-lə cəlb edilmiş, notlar isə 12.01%-14.99%-lə yerləşdirilmişdir.
Mərkəzi Bankın notunun nominal dəyəri 100 manat, müddəti 28 gün təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
14 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
21 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
22 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
23 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI





















