Rabitəbankdan fermerlər üçün xüsusi təkliflər!
Sahibkarların öz bizneslərini rahat şəkildə inkişaf etdirməsinə hər zaman dəstək olan Rabitəbank fermer təsərrüfatı ilə məşğul olmaq istəyən hüquqi və fiziki şəxslər üçün Fermer krediti təklif edir. Kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmaq istəyən sahibkarlar AKİA və SİF-in dəstəyi ilə sərfəli şərtlərlə təqdim edilən güzəştli kreditdən yararlana bilərlər. Belə ki, sahibkarlar kredit ilə bağçılıq, əkinçilik, heyvandarlıq, quşçuluq və digər ailə-kəndli fermer təsərrüfatlarını inkişaf etdirə, eləcə də aqrotexniki qulluq, gübrə və yem alışını edə bilərlər.
- Kreditin məbləği: 100 000 AZN-dək
- Kreditin müddəti: 60 ayadək
- İllik faiz dərəcəsi: 5%-dən başlayaraq
Qeyd edək ki, fermer krediti barədə ətraflı məlumatı linkə keçid edərək əldə etmək olar: https://rbt.az/fermerkr
Bundan başqa, Rabitəbank AKİA ilə birgə aqrar sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslər üşün Fermer kart kredit kartını da təqdim edir. Nağdsız əməliyyatların təşviqi məqsədilə təqdim edilən kart ödənişsizdir və 60 gün güzəşt müddəti ərzində 0% nəzərdə tutulub.
Qeyd edək ki, kartda kredit limiti üzrə məbləğ 15 000 AZN-dək, müddət isə 24 ayadəkdir. Fermer kartı biznes təyinatlı istifadə üçün verilir və yalnız aqrar fəaliyyətlə bağlı xərclərin ödənilməsinə, yəni kənd təsərrüfatı təyinatlı əsas vəsait, yardımçı avadanlıq və texnika, yanacaq, gübrə, yem, toxum və ting alınmasına, həmçinin aqro texniki qulluq xərclərinin ödənişlərinin aparılmasına icazə verilir.
Qeyd edək ki, Fermer kartından yalnız nağdsız qaydada TapAgro.az portalından məhsul alışı zamanı istifadə etmək, bütün yanacaqdoldurma məntəqələrində ayda maksimum 500 AZN olmaqla nağdsız şəkildə ödəniş etmək olar.
Fermer kartı onlayn sifarişlə ödənişsiz qaydada əldə etmək olar: https://rbt.az/fermerk
"Rabitəbank" ASC 16 region və Bakı şəhəri də daxil olmaqla, ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər














.jpg)







