ABB-nin sədri vətəndaşlara kütləvi səhm satışının anonsunu verdi
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov Bankın Səhmdarlarının bu gün keçirilən Ümumi Yığıncağının daha bir mühüm qərarının kütləvi təklif üsulu ilə ABB-nin yeni səhmlərinin buraxılması ilə bağlı olduğunu bildirib.
“Hüquqi prosedurlar yekunlaşdıqdan sonra bu barədə geniş məlumatları ictimaiyyətlə bölüşəcəyik. ABB-yə minlərlə yeni səhmdarın cəlbi, beləliklə, vətəndaşların ABB-nin idarəedilməsində iştirakının genişləndirilməsi, ölkəmizdə qiymətli kağızlar bazarının inkişafı əsas məqsədimizdir” – Abbas İbrahimov sosial media hesablarında yazıb.
Bu, ona dəlalət edir ki, Azərbaycan vətəndaşları yaxın günlərdən etibarən ABB-nin səhmlərinə abunə yazılışı üçün sifarişlərini yerləşdirə biləcəklər.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti 31 avqust 2023-cü ildə “Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrindən biri də məhz ABB-dir.
Bank son 6 ildə səhmdarlarına davamlı şəkildə yüksək dividendlər ödəməkdədir.
“Bu il də əsas səhmdarımız olan dövlətimizə və 1800-ə yaxın digər səhmdarlarımıza 185 mln. AZN məbləğində dividend ödənişimiz olacaq. ABB-nin səhmləri üzrə dividend gəlirliliyi isə 15,1%-ə yüksəlir. Bundan sonra da daim səhmdarlarımız üçün yüksək dəyərlər yaratmağa çalışacağıq!” – Abbas İbrahimov qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
11 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 7 saat sonra
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 15 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























