İşğaldan azad olunmuş ərazilərə xərcləmələr 1 milyard manatdan çox artırılır
2024-cü il üzrə dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərcləri 4 milyard 855 milyon 800 min manata çatdırılır.
Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərclərinin 3 milyard 825 milyon manatdan 4 milyard 855 milyon 800 min manata çatdırılması nəzərdə tutulub.
"Marja" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Beləliklə, işğaldan azad olunmuş ərazilərə xərcləmələr 1 milyard manatdan çox artırılır.
Xəbər verdiyimiz kimi, 2024-cü il dövlət büdcəsinə dəyişikliklər “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə uyğun olaraq təklif olunur.
Dövlət büdcəsinə yenidən baxılmanı şərtləndirən amillər - Böyük Qayıdış Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün əlavə maliyyə təminatının yaradılması, dövlətin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin möhkəmləndirilməsi, ordumuzun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi üçün əlavə maliyyə təminatının yaradılması, bir sıra yeni infrastruktur layihələrinin (avtomobil yollarının tikintisi, elektrik şəbəkəsinin gücləndirilməsi, suvarma və irriqasiya sistemlərinin yaxşılaşdırılması və s.) həyata keçirilməsi və s. xərclərin tələb olunmasıdır.
Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində gəlirlər 36 milyard 353 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2 milyard 180 milyon manat və ya 6,4 faiz çoxdur. Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində xərclər 39 milyard 707,3 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2 milyard 944,3 milyon manat və ya 8 faiz, 2023-cü ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 3 milyard 249,4 milyon manat və ya 8,9 faiz çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
10 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
