“PAŞA Bank” və “Bloomberg NEF” tədbir keçirib

(®) Mayın 21-də Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” və “Bloomberg NEF” beynəlxalq strateji araşdırma mərkəzinin tərəfdaşlığı ilə Bakıda “Xalis sıfır emissiyaya keçid: dayanıqlı gələcək üçün biznes modellərinin formalaşdırılması” adlı tədbir keçirilib.
Tədbirdə dövlət qurumları, Azərbaycan Banklar Assosiasiyasının üzvləri, ölkədəki xarici ticarət palatalarının təmsilçiləri, “PAŞA Bank” rəsmiləri və müştəriləri, “PAŞA Holdinq” nümayəndələri və digər qonaqlar iştirak edib.
Konfransın açılışında iştirak edən “PAŞA Bank”ın İdarə heyətinin sədrinin müavini Bəhruz Nağıyevin sözlərinə görə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində keçirilən bu tədbir müxtəlif sektorların karbonsuzlaşdırma strategiyaları, inkişaf edən bazarlarda yeni enerji növlərinə keçid və digər aktual mövzuların müzakirə edilməsi üçün mükəmməl bir imkandır.
“Tədbirin məqsədi biznes və dayanıqlılıq üzrə mütəxəssislər arasında açıq dialoq və bilik mübadiləsini inkişaf etdirməkdir. Aparıcı korporativ bank olaraq “PAŞA Bank” real sektorda təmsil olunan bizneslərin qlobal istiləşmə ilə əlaqədar xalis sıfır emissiya hədəfinə çatmaq üçün dəstək göstərməyə başlayan ilk maliyyə institutlarından biridir. Ənənəvi olaraq, Bank real sektor üçün güclü və sabit tərəfdaş mövqeyindən çıxış edərək, biznesin dayanıqlı inkişafını dəstəkləməklə ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verməyə hazırdır”, - deyə, B. Nağıyev bildirib.
Bank rəsmisi alternativ enerji mənbələrinin istifadəsi ilə bağlı Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə toxunaraq, “PAŞA Bank”ın ölkənin bu sahədə yeritdiyi siyasətə töhfəsindən danışıb.
Qeyd edək ki, 100-dən çox iştirakçının qatıldığı tədbirdə xarici və yerli ekspertlər “yaşıl maliyyələşmə” prinsiplərinin təşviqi, ölkəmizdə dayanıqlı gələcək naminə dövlət və bizneslərin əməkdaşlığının genişləndirilməsi, yerli bazarda “yaşıl həllərin” tətbiqi üzrə fikir mübadiləsi aparıblar. Bu sahədə zəngin təcrübəyə malik olan “Bloomberg NEF” mütəxəssisləri Azərbaycanda ESG (ekoloji, sosial və idarəetmə) üzrə beynəlxalq yanaşma, bərpa olunan enerji mənbələrinin inkişafı, bu sahədə xarici investisiyaların cəlb edilməsi və digər istiqamətlər üzrə ətraflı məlumatı iştirakçılar ilə bölüşüblər.
Xatırladaq ki, ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” 2023-cü ildə “BMT Qlobal Sazişi”nin üzvü olub. Bankın “2024-2026-cı illər üçün Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası” həmin qlobal təşəbbüsün Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) uyğun tənzimlənib. Həmin DİM-lərin arasında “İqlim dəyişikliyinə qarşı mübarizə” sahəsi xüsusi yer tutur və Bank cari strateji period ərzində bu istiqamət üzrə fəaliyyətini genişləndirmək niyyətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
- 22 saat əvvəl
-
22 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
