Şirkətlərin banklarda müddətli depozitləri kəskin artıb
Hüquqi şəxslərin tələbli depozitlərinin müddətli depozitlərə keçməsi bank sektorunun uzunmüddətli aktiv generasiyası imkanlarını artırır.
Mərkəzi Bankın 2023-cü ilin yekunları üzrə Maliyyə Sabitliyi Hesabatında bildirilir ki, il ərzində hüquqi şəxslərin tələbli depozitləri 11.3% (2.2 mlrd. manat) azalaraq 17.5 mlrd. manat olmuş, hüquqi şəxslərin müddətli depozitləri isə 75% (1.9 mlrd. manat) artaraq 4.5 mlrd. manat təşkil etmişdir.
Qeyd edilib ki, hüquqi şəxslərin tələbli depozitlərinin yüksək dəyişkənliyi fonunda il ərzində müddətli depozitlərin stabil artımı müşahidə edilir. Nəticədə cəmi depozit portfelində müddətli depozitlərin payı 26%-dən 33%-ə yüksəlmişdir.
Vurğulanıb ki, milli valyutaya inamın artması fonunda sektorda depozitlərin dollarlaşmasında azalma müşahidə edilmişdir. Belə ki, il ərzində cəmi depozit portfelinin dollarlaşması 8.6 f.b azalaraq 38.4%, fiziki şəxslərin depozitlərinin dollarlaşma səviyyəsi 5.8 f.b. azalaraq 34%, hüquqi şəxslərin depozitlərinin dollarlaşması 10 f.b azalaraq 41% təşkil etmişdir. İqtisadiyyatda şəffaflığın artması və əhalinin milli valyutaya olan inamının yüksəlməsi fonunda bank sektorunda fiziki şəxslərin həm müddətli, həm də tələbli depozitləri üzrə dollarlaşmanın azalması müşahidə edilir. Belə ki, fiziki şəxslərin müddətli depozitlərinin dollarlaşması 4.7 f.b azalaraq 34.3%, fiziki şəxslərin tələbli depozitlərinin dollarlaşması isə 7.2 f.b azalaraq 33.5% olmuşdur.
Müddətli depozitlər
Müqavilə əsasında razılaşdırılmış müddətdə bankda yerləşdirilir və həmin müddət üçün faiz dərəcələri hesablanır. Vəsaiti vaxtından əvvəl hesabdan götürdükdə faizlərin bir hissəsini itirmək mümkündür.
Tələbli depozitlər
Müştəri öz vəsaitini qeyri müəyyən müddətə bankda yerləşdirir və istədiyi anda bankdan çıxara bilir. Belə məbləğlərə ya ümumiyyətlə faiz hesablanmır, ya da inflyasiyaya uyğun faizlər hesablanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 8 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
3 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Ən çox oxunanlar
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır













.jpg)








