Bu istiqrazın təkrar bazarı emissiyasının həcmini üstələyib
Bakı Fond Birjasında SOCAR İstiqrazları ilə əməliyyatların belə aktiv olmasının əsas səbəbi adı çəkilən istiqrazların likvidliyi və şərtlərinin əlverişli olmasıdır.
Bu barədə Bakı Fond Birjasının (BFB) Ticarət və Üzvlük Qrupu rəhbəri Rəxşəndə Əlili bildirib. Xatırladaq ki, buraxılmasından 1 ildən də az vaxt keçməsinə baxmayaraq SOCAR İstiqrazları üzrə təkrar bazarda əməliyyatlarının həcmi 100 milyon dolları, yəni istiqraz emissiyasının öz həcmini üstələyib. Bu da Azərbaycanın qiymətli kağızlar bazarında dövriyyə həcminə və əməliyyatların intensivliyinə görə ilk belə haldır.
"İlk növbədə bu SOCAR istiqrazlarının likvidliyinin göstəricisidir. Hazırda yerli qiymətli kağızlar bazarında belə likvid alətlərin olması sevindirici haldır"-deyə BFB təmsilçisi bildirib.
R.Əlilinin sözlərinə görə, SOCAR İstiqrazlarına böyük marağın olacağı hələ istiqraz buraxılanda məlum olmuşdu: "SOCAR İstiqrazlarının abunə yazılışı zamanı ümumi təklif həcmindən təxminən 2 dəfə çox tələb yığılmışdı. Bu fakt özlüyündə Socar istiqrazları ilə təkrar bazar əməlyyatlarının aktiv olacağına işarə idi".
BFB nümayəndəsi bildirib ki, hazırda istiqrazlara olan tələb istiqrazların əlverişli şərtləri ilə yanaşı, SOCAR-a inamın da göstəricisidir: "Sözsüz ki, bazarda müşahidə olunan aktiv marağın və istiqrazlara olan tələbin əsasında emitentin fəaliyyəti, beynəlxalq reytinqi, maliyyə göstəriciləri və istiqrazların təklif etdiyi faiz dərəcəsi dayanır".
Eyni zamanda, Bakı Fond Birjası tərəfindən SOCAR istiqrazları üzrə market-meykerin təyin edilməsi, SOCAR-ın da təkrar bazar əməliyyatları zamanı təminatçı olması istiqrazlarla alqı-satqıların həcminə və istiqrazın likvidliyinə əhəmiyyətli təsir edir.
R.Əlilinin sözlərinə görə, SOCAR istiqrazlarının buraxılması və onlarla əməliyyatların böyük aktivliyi Azərbaycan qiymətli kağızlar bazarı üçün böyük əhəmiyət daşıyır: "Belə ki, 2016-ci ilin son rübündə baş tutan bu emissiya Qiymətli Kağızlar Bazarı haqqında Qanunun tələblərinə uyğun olaraq Bakı Fond Birjasının (CETA) ticarət platforması vasitəsilə aparılan ilk abunə yazılışı qaydasında kütləvi təklif olmuşdur. Emissiyanın (kütləvi təklifin) həcminin çox olması və istiqrazların bölüşdürülməsi zamanı SOCAR tərəfindən fiziki şəxslərə üstünlük verilməsi nəticədə insanlarda ümumilikdə qiymətli kağızlara və xüsusilə SOCAR istiqrazlarına marağı daha da artırdı".
BFB təmsilçisi bildirir ki, mözcud maliyyə bazarlarında xarici valyutada təklif edilən faiz dərəcəsi baxımından SOCAR istiqrazları investorlar üçün əlverişli investisiya aləti kimi hesab edilir və bu da investor bazasının genişlənməsinə öz müsbət təsirini göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
14 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
21 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
22 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
23 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI























