Unibank birinci rübün maliyyə nəticələrini açıqlayıb
“Unibank” KB ASC 2024-cü ilin birinci rübü üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, 31 mart 2024-cü il tarixinə “Unibank”ın əməliyyat mənfəəti 16.34 milyon manat təşkil edib. Hesabat dövrü ərzində Bankın məcmu gəlirlərində artım qeydə alınıb. Belə ki, dövr ərzində cəmi gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə artaraq 80.4 milyon manata çatıb. Əsas maliyyə göstəricilərinin yüksəlməsi fonunda bankın xalis mənfəəti 70 %-dən çox artaraq, rübün sonuna 7.4 milyon manat təşkil edib.
2024-cü ilin 1-ci rübü ərzində Bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib. Hesabat dövründə Bankın kredit portfeli böyüyüb. 2023-ci ilin birinci rübü ilə müqayisədə bu ilin uyğun dövründə “Unibank”ın ümumi kredit portfelinin həcmi 11.4 % artıb.
Hər zaman olduğu kimi real sektorun kreditləşməsi “Unibank”ın prioritetləri sırasında olub. Biznes kreditləri portfeli ötən ilin uyğun dövrü ilə müqayisədə 20% artaraq 348 milyon manata yaxın olub. Hesabat dövrünə mikro kreditlər portfelinin həcmində ciddi artım qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə mikrokredit portfeli 27 %-dən çox artaraq, 184.7 milyon manata çatıb. Verilən mikrokreditlərin həcmi isə 2023-cü ilin birinci rübü ilə müqayisədə 23 % artaraq, 57 milyon manata çatıb.
Dövr ərzində Bankın kapital mövqeyi xeyli güclənib. Hesabat dövründə Bankın məcmu kapitalı ötən ilin 1-ci rübü ilə müqayisədə 22.8 % artaraq, 164 milyon manat olub. 2024-cü ilin ilk 3 ayında Bank kapital adekvatlığını yüksəldib. Belə ki, ilin ilk rübünün sonuna bankın kapital adekvatlıq əmsalı artaraq, 13 %-ə yaxınlaşıb. Hesabat dövrünün sonuna bankın aktivləri 1 milyard 588 milyon manatı ötüb.
Ötən müddət ərzində “Unibank”ın depozit portfeli də xeyli böyüyüb. Ümumi depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 136 milyon manat artaraq, bu ilin ilk rübünün yekununda 684 milyon manat təşkil edib.
Bank ölkədə nağdsız dövriyyənin artırılmasına hər zaman dəstək verməkdə davam edir. 2023-cü ilin ilin eyni dövrü ilə müqayisədə bu ilin 1-ci rübündə Unibank kartları üzrə nağdsız əməliyyatların həcmi 41% artaraq 2.6 milyard manatı keçib.
Ümumilikdə isə ötən ilin eyni dövrü ilə müqayisədə 2024-cü ilin ilk rübündə Unibank kart sahiblərinin sayında 17.5 % artım olub.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmət şəbəkəsi mövcuddur. 30 ildən artıq uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 saat əvvəl
-
-
12 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
12 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
12 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
























