“OBA” müştəri şikayəti ilə bağlı məlumata aydınlıq gətirdi
Ehtimal olunur ki, etiket məlumatlarına əsasən məhsulun tərkibində cüzi miqdarda çərəz olduğuna görə, istehsal zamanı kənarlaşmaya zəmin yaranıb. Müştəri bu barədə məlumatlandırıb, aldığı məhsul geri götürülüb və ödədiyi məbləğ geri qaytarılıb.
“OBA” market kənarlaşma qeydə alınmış məhsulla bağlı müştəri şikayətinə dair açıqlama yayıb.
Şirkətdən bildirilib ki, 08.03.2024 tarixində “OBA” marketdən alınan “Lois” əmtəə nişanlı nuqa-biskvit məhsulunda kənarlaşma ilə bağlı şikayət daxil olan andan etibarən bütün filiallarda məhsula keyfiyyət nəzarəti əməkdaşları tərəfindən birbaşa baxış keçirilib, hər bir partiyadan ekspertiza üçün nümunələr götürülüb. Müştərinin yanında aldığı məhsullar açılaraq baxış keçirilib və hər hansı bir kənarlaşma müşahidə edilməyib.
Açıqlamada bildirilir ki, qeyd olunan məhsul Rusiyanın “Nevski konditer Belinskiy” fabrikində beynəlxalq qida standartlarına uyğun olaraq istehsal edilir. Məhsulun idxalı zamanı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən idxal sağlamlıq aktı alınıb. İstehsal tarixi 16.01.2024 olan adı çəkilən məhsulun son istifadə tarixi 16.01.2025-dir.
Ehtimal olunur ki, etiket məlumatlarına əsasən məhsulun tərkibində cüzi miqdarda çərəz olduğuna görə, istehsal zamanı kənarlaşmaya zəmin yaranıb.
Müştəri bu barədə məlumatlandırıb, aldığı məhsul geri götürülüb və ödədiyi məbləğ geri qaytarılıb.
Qeyd edilib ki, “OBA” marketlər şəbəkəsi yerli və beynəlxalq brendlərin keyfiyyətli gündəlik tələbat məhsulların uyğun qiymətə alıcılarına təqdim edilir.
Əlavə edək ki, müştərinin “OBA” marketlər şəbəkəsindən aldığı biskvit qurdlu çıxmışdı.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 5 saat əvvəl
-
5 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
8 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 18 saat əvvəl
-
22 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
