Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Dünən dollar major valyutalar qarşısında bir qədər bahalaşaraq, öz mövqelərini möhkəmləndirə bildi. EURUSD valyuta cütlüyü cari həftənin əvvəlində 1.0939 səviyyəsində ticarət olunurdu. Lakin dünən məzənnə 1.0915 həddinə qədər ucuzlaşdı. GBPUSD və USDJPY valyuta cütlüklərində də eyni mənzərənin şahidi ola bilərik. Hal-hazırda onlar müvafiq olaraq 1.2820 və 147.340 səviyyələrində ticarət olunurlar.
Bugün ABŞ-da və Almaniyada dərc olunacaq inflyasiya göstəriciləri və Böyük Britaniyada açıqlanacaq əmək bazarı ilə bağlı statistik məlumatlar birjalarda volatilliyin artmasına səbəb ola biləcək əsas hadisələrdir. Qeyd edək ki, ekspertlər ABŞ-da İstehlak Qiymətləri İndeksinin aylıq ifadədə 0.4%, illik ifadədə isə 3.1% səviyyəsində artacağını proqnoz edirlər. Həmçinin baza inflyasiyanin aylıq ifadədə 0.3%, illik ifadədə isə 3.7% səviyyəsində dərc olunacağı proqnozlaşdırılır.
Əlavə olaraq qeyd etmək lazımdır ki, analitiklər Böyük Britaniyada İşsizlik Səviyyəsinin ötən ay ilə müqayisədə dəyişmədiyini, 3.8% səviyyəsində qaldığını və Almaniyada İstehlak Qiymətləri İndeksinin aylıq ifadədə 0.4% səviyyəsində, illik ifadədə isə 2.5% səviyyəsində açıqlanacağını ehtimal ediblər.
Beynəlxalq birjalarda neft qiymətləri bir qədər bahalaşıb. “Brent” markalı neftin bir barrel üçün qiyməti cari həftənin əvvəlində 82$ səviyyəsində ticarət olunsa da, hal-hazırda 83$ həddində qərarlaşıb. Bugün Bakı vaxtı ilə saat 16:00-da “OPEC” toplantısı keçiriləcək və bu hadisə “qara qızılın” qiymətinin kəskin dəyişməsində əsas amillərdən biri ola bilər.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər














.jpg)







