Vergi və Mühasibatlıq Zirvəsinin spikerləri bəlli oldu! - FOTO - VİDEO
“Düzgün Hesab” şüarı ilə 16 mart 2024-ci il tarixində “Baku Marriott Hotel Boulevard”da 600 nəfərin iştirakı ilə baş tutacaq Vergi və Mühasibatlıq Zirvəsinin spikerləri məlum olub.
“Facemark” MMC və “Good Finance” MMC-nin təşkilatçılığı, “Meqa Sığorta” ASC, “Meqa Həyat” ASC, “Unibank” ASC-nin bank sponsorluğu, “ERPGO” şirkətinin sponsorluğu və “Başkent” restoranlar şəbəkəsinin dəstəyilə 600 nəfərədək şirkət nümayəndələrinin iştirakı ilə baş tutacaq zirvə ölkəmizdə vergi və mühasibatlıq sahəsinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyir.
3 moderator və 14 spiker " Düzgün Hesab" şüarı ilə "Maliyyə hesabları və uçot", "Vergi Məcəlləsi - 2024", "Vergi riskləri" panelləri üzrə sahəyə dair müxtəlif mövzuları müzakirə edəcəklər.
"Good Finance" şirkətinin direktoru Vüsal Səlimovun moderator olduğu “Maliyyə hesabları və uçot” panelində Auditor Palatasının üzvü, sərbəst auditor Altay Cəfərov, "Azercell Telekom" MMC-nin maliyyə departamentinin experti Elvin Abdullayev, Dövlət İmtahan Mərkəzində PMS imtahanları üzrə aparıcı məsləhətçi Faiq Abdullayev, “The Way Partners” şirkətinin direktoru Kamal Hüseynzadə, Neftçi PFK-nın maliyyə direktoru Namiq Əlizadə, İATM - İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin rəhbəri Radil Fətullayev və “Unibank” ASC-nin filial rəhbəri Turan Xəlilov təcrübələrini bölüşəcəklər. Bu paneldə maliyyə hesabatlarının hazırlanması və uçotun təşkili ilə bağlı vacib məqamlar ekspertlərin təqdimatında iştirakçılara izah olunacaqdır.
Bakı Hesabat Mərkəzinin rəhbəri Mehdi Babayevin moderator olduğu "Vergi Məcəlləsi -2024" panelində Dövlət Vergi Xidməti Vergi Siyasəti Baş İdarəsinin Vergi Qanunvericiliyinin Tətbiqi Şöbəsinin Rəisi Eldar Mədətov vergi qanunvericiliyində olunmuş son dəyişikliklər barədə vacib məqamlara toxunacaq.
"Good Finance" MMC-nin vergi konsultantı Teymur Əşrəfin moderator olduğu "Vergi Riskləri" paneli Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinin rəis müavini Emil Rəhimov, Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev, "Ekvita" MMC-nin vergi məsələləri üzrə meneceri Fariz Yadigarov, “PwC Azərbaycan”nın vergi direktoru Günel Sadiyeva, Dövlət Vergi Xidməti Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin rəis müavini Samir Qəhrəmanov və “KPMG Azərbaycan”nın vergilər üzrə baş meneceri Ülvi Yusifovun spikerliyi ilə baş tutacaq. Bu paneldə iştirakçıların sahə ilə bağlı sualları Dövlət vergi xidmətinin vəzifəli şəxsləri və müstəqil ekspertlər tərəfindən cavablandırılacaqdır.
Vergi və Mühasibatlıq Zirvəsinə bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün forumun rəsmi internet səhifəsinə (www.vmz.az) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.
Facebook: https://www.facebook.com/vmzbaku
İnstaqram: https://www.instagram.com/vmzbaku/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 1 gün sonra
-
- 1 gün sonra
-
3 saat əvvəl
Azərbaycan Çin şirkətilə 100 MVt gücündə Günəş Elektrik Stansiyası Layihəsi üçün müqavilə imzaladı
-
4 saat əvvəl
Ermənistanda “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq
-
4 saat əvvəl
Azərbaycan Çin şirkətilə “Birgə Yaşıl Enerji Sənaye Parkı”nı müzakirə etdi
-
4 saat əvvəl
Bu il Kino Agentliyinə ayrılmış vəsaitdən qalan 5 milyonun gələn il necə xərclənəcəyi açıqlanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
"Sizin Lombard"a 7 illik müddətə 2 milyon manat lazımdır - İllik 15% ödəyəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Bu il Kino Agentliyinə ayrılmış vəsaitdən qalan 5 milyonun gələn il necə xərclənəcəyi açıqlanıb
İnvestisiya şirkətində növbədənkənar yığıncaq keçiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Unibank şəhid ailələri ilə bağlı daha bir tədbirə dəstək olub
“Azərmaş Group”a 10 milyon manat pul lazımdır
SOCAR yeni şirkət yaradıb
Kapital Bank “Mashreq Bank”la tarixi sazişə imza atdı - 50 milyon dollar kredit cəlb edir
















.jpg)




.jpg)




