Cənubi Koreya Azərbaycan məhsullarına maraq göstərir
Cənubi Koreya Azərbaycandan dəmir və aluminium, eləcə də metal məmulatlarının idxalında maraqlıdır.
Bunu Cənubi Koreyanın İdxalçılar Assosiasiyasının sədri Kim Byunq Kvan Azərbaycana alıcı missiyası çərçivəsində təşkil edilmiş tədbirdə bildirib.
"Cənubi Koreya ən böyük idxalçı ölkələrdəndir. Azərbaycan məhsulları bu bazara daxil ola bilər. Bu ölkə zəngin təbii sərvətlərə malik ölkədir. Azərbaycan Cənubi Koreyaya həmçinin ət və süd məhsulları, içki ixrac edə bilər. Bizim bu məhsullara marağımız var. Bununla yanaşı, Azərbaycan şirkətləri ilə əməkdaşlıq etməkdə, Azərbaycan məhsullarının Cənubi Koreyada tanıtımı üçün səfərlərin təşkil olunmasında maraqlıyıq", - deyə o qeyd edib.
Cənubi Koreya rəsmisi vurğulayıb ki, Rusiya-Ukayna müharibəsi dünyada ərzaq zəncirinə mənfi təsir göstərib: "Buna baxmayaraq biz ölkəmizdə sabit artımı davam etdirməliyik" "Azəbaycanla Cənubi Koreya arasında ticarət dövriyyəsinin dəyəri azdır. Bunun səbəbi ölkələrin fərqli coğrafiyada yerləşməsidir. Bu ilin yay aylarında Cənubi Koreyada sərgi keçiriləcək. Azərbaycan şirkətləri bu sərgidə iştirak edərək yerli bazara daxil ola bilərlər".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 5 saat əvvəl
-
-
6 saat əvvəl
İran rialının məzənnəsi ölkədəki etirazlar fonunda yeni antirekord qırıb
-
9 saat əvvəl
Bakıda ABŞ-nin Ticarət və İnkişaf Agentliyi ilə müzakirələr aparılıb
- 9 saat əvvəl
-
10 saat əvvəl
Gön ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb
- 11 saat əvvəl
-
12 saat əvvəl
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ilk tirajının qaliblərini elan etdi!
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Alphabet-in bazar dəyəri ilk dəfə 4 trilyon dolları keçdi
Azercell yeni rouminq paketlərini istifadəyə verir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıya sulu qar yağacaq, temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"Bir çox yerlərdə məcburi köçürmələr olacaq"
Qızılın qiyməti 2026-cı ildə 5000 dollara çata bilər?
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır"
Bakı və Abşeron üzrə yeni Dövlət Proqramının icrası üçün xarici kreditlərə də müraciət ediləcək
Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir










.jpg)














