Fərid İsmayılzadə ilə “Startap investisiyası sahəsində A-dan Z-yə”
13 mart 2024-cü il tarixində “Technovate - Sabah Mələk İnvestorlar Klubu”nun həmtəsisçisi və prezidenti, “Mələk İnvestorlar Məktəbi”nin təsisçisi, "Golden Pay" ödəniş sisteminin və ilk onlayn ödəniş portalı olan "hesab.az"ın yaradıcısı Fərid İsmayılzadə tərəfindən “Startap investisiyası sahəsində A-dan Z-yə” adlı vebinar keçiriləcək.
Vebinarda startap investisiya sahəsində sizi maraqlandıran gəlirimizi necə artıraq, mələk investor kimdir, mələk investor olmaq üçün nə etmək lazımdır, startap investisiya sahəsində uğur qazanmış xarici ekspertlərin təcrübəsini necə əldə etmək olar, Azərbaycanda bu sahədə necə irəliləmək olar kimi mövzular barədə ətraflı məlumat veriləcək.
Tədbirin əsas məqsədi ölkədə yerli investorları bir araya gətirərək investorlar şəbəkəsini formalaşdırmaq və eyni zamanda onların global startaplara investisiya qoymaqla Azərbaycanda startap ekosisteminin inkişafına töhfə verməkdir.
Vebinar iştirakçıları may ayında ABŞ-dən olan ekspertlər tərəfindən keçiriləcək ‘Mələk İnvestorlar Məktəbi”nin ikinci kohortuna qoşulmaq üçün xüsusi endirim əldə edəcəklər.
Vebinarda iştirak etmək üçün 10 AZN ödəməklə https://www.hesab.az/unregistered/#/direct-pay/direct-pay/Technovatewebinar-newquick/parameters link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz.
Qeyd edək ki, əldə olunan gəlirlər şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin təminatı üçün YAŞAT Fonduna ianə ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)







