Neta elektrikli avtomobilləri artıq Azərbaycanda
Yeni Motor MMC Azərbaycanın avtomobil sektorunda fərqli bir həyəcan başladır.(®) "Yeni Motor" MMC "Group Motors" MMC-nin tərkibə daxil olan şirkətlərdəndir. Group Motors MMC ölkəmizdə Toyota, Honda, Ford, Mazda və Mitsubishi kimi dünya brendlərini uğurla təmsil etmiş bir şirkət kimi indi də sizlərə Yeni Motor MMC olaraq Neta avtomobillərini təqdim etməyə hazırlaşır. Bu yenilik yalnız bir avtomobil markasının deyil, həm də daha çox elektrik enerjisi texnologiyalarının ölkəmizə gəlişinin müjdəçisidir.
Neta avtomobilləri müasir dizaynı və yüksək texnoloji xüsusiyyətləri ilə elektrikli avtomobil sektorunda yerini almış bir brenddir. Bənzərsiz dizayn anlayışı, üstün mühəndislik bacarığı və çevrə dostu yanaşması ilə fərqlənən Neta, sərfəli, ekoloji və innovativ sürüş təcrübəsi axtaran hər kəs üçün ideal bir seçimdir. Avtomobil həvəskarlarını qane edəcək performansı və sürücülərin ehtiyaclarını düşünən ağıllı xüsusiyyətləri ilə elektromobil sürüşün gələcəyini bu gündən təmin edir.
"Yeni Motor" MMC, "Group Motors" MMC-nin güclü infrastrukturu və sınaqdan çıxmış mütəxəssisliyi ilə Neta-nın Azərbaycanda rəsmi distribütoru olaraq, sizlərə yalnız keyfiyyətli bir avtomobil təqdim etmək niyyətində deyil, həm də sizlərə daha dayanıqlı və ekoloji cəhətdən məsul bir yaşam tərzi təklif edir. Bu məqsədlə Yeni Motor MMC sürücülərin ehtiyaclarına cavab verən, həm şəhər içi həm də uzun məsafəli səyahətlər üçün uyğun, yüksək rahatlıqlı və enerji səmərəli avtomobilləri sizlərə təqdim edir.
Neta avtomobillərinin təqdimatı ilə bağlı keçiriləcək tədbir sizlərə bu mükəmməl avtomobilləri yaxından tanımaq, texnoloji üstünlüklərini şəxsən dəyərləndirmək və sürüş zövqünü yaşamaq üçün əvəzsiz bir fürsət yaradacaq. Group Motors MMC ailəsinin bir hissəsi kimi "Yeni Motor" MMC-nin davam elətdirdiyi bu səyahətə qoşulun və Neta ilə səyahət etməyin yenilikçi dünyasına addım atın. Yeni bir səyahət anlayışı, "Yeni Motor"s MMC və Neta ilə yola çıxır - hazır olun, bizimlə gələcəyə doğru sürün.
Əlaqə telefonu: 012 349 00 00
Bakı-Sumqayıt şossesi, 6-cı km
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 gün sonra
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
-
18 d. əvvəl
"Bank of Baku" “Top 100” vergi ödəyicisi siyahısında - BANK ÖTƏN İL 15 MİLYON MANAT VERGİ ÖDƏYİB
-
-
58 d. əvvəl
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
-
1 saat əvvəl
Macarıstanda Peter Magyarın qələbə qazanacağı proqnozlaşdırılır - Forint bahalaşır
-
1 saat əvvəl
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
-
3 saat əvvəl
Britaniyanın Baş naziri və Tramp Hörmüz boğazı üçün hərbi variantları müzakirə edib
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
"Bank of Baku" “Top 100” vergi ödəyicisi siyahısında - BANK ÖTƏN İL 15 MİLYON MANAT VERGİ ÖDƏYİB
Unibankdan hər kəs üçün “Şənbə aksiyası” – 0 % komissiyalı kredit!
Azərbaycan Dəmir Yolları daha çox taxıl və dənli bitkilər daşıyıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ʺBank Melli İranʺ Bakı filialının xalis mənfəəti azalıb
Ən çox oxunanlar
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
Britaniyanın Baş naziri və Tramp Hörmüz boğazı üçün hərbi variantları müzakirə edib
“Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır - MÜSAHİBƏ
Aprelin 11-də gözlənilən hava şəraiti
Lufthansa-da tətil 500-dən çox uçuşun ləğvinə səbəb olacaq






















