Mərkəzi Bank 100 milyon manat yığdı
09 avqust 2017-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 100 000 000 manat, bir notun nominal dəyəri - 100 manat, tədavül müddəti –28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 13 investor tərəfindən14 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 260,410,600.00 AZN təşkil etmişdir.
Sifarişlər 99.1148 AZN (11.48%) və 99.2278 AZN (10.01%)qiymət intervalındatəqdim edilmişdir.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti –99.2278 AZN (10.01%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.
Notların nominal üzrə reallaşdırılmış həcmi 100,000,000.00 AZN manat məbləğində müəyyən edilmişdir.
Mərkəzi Bank depozit və qısamüddətli notların yerləşdirilməsi üzrə əməliyyatlarını izafi pul təklifinin sterilizasiyası məqsədilə aparılır. Sterilizasiya Əməliyyatı artmış pul kütləsinin inflyasiya potensialına malik izafi hissəsinin dövriyyədən çıxarılmasına yönəldilmiş bir əməliyyatdır. qtisadiyyata pul buraxılması iqtisadi artıma səbəb olsa da, bu müəyyən həddi keçdikdən sonra inflyasiya yaranır. Məhz inflyasiya yaradan bu kütlənin bazardan təmizləməsinə sterilizasiya prosesi deyilir. Açıq bazar əməliyyatları olaraq depozit əməliyyatları və notların yerləşdirilməsi faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi (hazırda 10%- 15%) arasında tərəddüd edən faiz dərəcələri ilə aparılır. 2017-ci ilin 1-ci yarısında depozit əməliyyatları ilə vəsaitlər 10%- 14.8%-lə cəlb edilmiş, notlar isə 12.01%-14.99%-lə yerləşdirilmişdir.
Notların ödəmə tarixi06.09.2017-ci ildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 19 saat sonra
-
-
8 d. əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Ən çox oxunanlar
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi























