Rusiya aviaşirkəti biletləri icazəsiz satışa çıxarıb - BAKIDAN AÇIQLAMA
Azərbaycan Respublikasının dövlət mülki aviasiya orqanlarının icazəsi olmadan Jukovskidən Bakıya aviabiletləri satışa çıxaran “Ural Hava Yolları” Azərbaycan tərəfi və Rusiya Federasiyasının aviasiya qurumları ilə razılaşdırmadan müstəqil şəkildə qərar qəbul edib.
Bu barədə Azərbaycanın aviasiya qurumları tərəfindən “Ural Hava Yolları” aviaşirkətinin Jukovski–Bakı marşrutu üzrə reysinin ləğvi ilə bağlı sorğuya cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.
Qeyd olunub ki, 2024-cü il fevralın 8-də Rusiyanın bir sıra internet xəbər saytlarında bu barədə yayılan məlumatlar təhrif olunub.
RİNN bəyan edir ki, aviaşirkətin Jukovskidən Bakıya uçuşlar üzrə sorğusu 2024-cü il yanvarın 23-də razılaşdırılmaq üçün daxil olub. Azərbaycanın daxili prosedurlarına uyğun olaraq uçuşlara icazə üçün aviaşirkətin sorğusuna dövlət mülki aviasiya orqanları tərəfindən baxılır. İndiyədək Azərbaycanın dövlət mülki aviasiya orqanları tərəfindən Jukovski–Bakı reysi üzrə hər hansı qərar qəbul edilməyib və “Ural Hava Yolları” aviaşirkətinə müsbət və ya mənfi cavab verilməyib.
“Ural Hava Yolları” aviaşirkəti müntəzəm uçuşlar həyata keçirmək üçün Azərbaycan hökumətindən icazə alınması qaydaları və müddəti barədə məlumatlı olub, çünki bir ay əvvəl Yekaterinburqdan Bakıya uçuşlar üçün Azərbaycandan icazəni rəsmiləşdirib. Bundan başqa, fevralın əvvəlində aviaşirkət prosedurları həyata keçirdikdən sonra Samaradan Bakıya uçuşlar üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda slot (əvvəlcədən icazə tələb edən prosedur) razılaşdırılıb", - RİNN bildirib.
Həmçinin vurğulanıb ki, Azərbaycanın dövlət mülki aviasiya orqanlarının qadağası və “Ural Hava Yolları” aviaşirkətinin guya uçuşlar üçün əvvəlcədən icazə alması barədə istənilən istinadlar internet xəbər resurslarının oxucularında çaşqınlıq yaradır və Jukovski–Bakı reysinin sərnişinlərinə qarşı hərəkətlərinə haqq qazandırmaq məqsədi daşıyır.
Rusiya mətbuatı bildirmişdi ki, Ural Hava Yolları fevralın 17-dək Jukovskidən Bakıya uçuşları dayandırıb. Qeyd edilmişdi ki, buna səbəb Azərbaycan aviasiya orqanlarının uçuşun həyata keçirilməsinə icazə verməməsidir.
© “Report”
Həmçinin oxu
Rusiya aviaşirkəti Bakıya uçuşları dayandırdıMüştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 13 d. əvvəl
-
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb
Daha 3 həkim-mütəxəssisə plastik cərrahiyyə üçün icazə verilib
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir

























