Azərbaycan bu il xaricdə daha 2 ticarət evi açacaq
Bu il Azərbaycan Çinin daha iki şəhərində - Çendu və Nankində ticarət evinin açılmasını planlaşdırır.
Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, yerli məhsulların ölkə kənarında tanıdılması məqsədilə hazırda Azərbaycanın 12 ticarət evi fəaliyyət göstərir: “Azərbaycanın xaricdə fəaliyyət göstərən ticarət nümayəndəlikləri sayəsində ölkənin qeyri-neft məhsullarının ixracının genişləndirilməsi sürətlə davam edir və qeyri-neft ixracının potensialı yüksək səviyyədə reallaşdırılır”.
Hazırda Azərbaycanın Çində 5 ticarət evi fəaliyyət göstərir. Bunlar, Pekin, Çindao, Canciaciye, Çendu və Sian şəhərlərində açılıb.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycandan 3,348 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub. Bu 2022-ci illə müqayisədə 9,8 % çoxdur. Azərbaycandan ən çox qeyri-neft məhsulları ixrac olunan ilk 10 ölkə siyahısında ilk yerdə Rusiya qərarlaşıb. Belə ki, Rusiyaya 1,114 milyard ABŞ dolları, Türkiyəyə 784 milyon ABŞ dolları, Gürcüstana 332 milyon ABŞ dolları, İsveçrəyə 175 milyon ABŞ dolları, Qazaxıstana 95 milyon ABŞ dolları, Türkmənistana 85 milyon ABŞ dolları, Ukraynaya 79 milyon ABŞ dolları, Birləşmiş Ərəb Əmirliklərinə 69 milyon ABŞ dolları, Qırğızıstana 59 milyon ABŞ dolları və Rumıniyaya 45 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur












.jpg)






