“Azərbaycan Kredit Bürosu” İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə beynəlxalq sertifikatı əldə edib
“Azərbaycan Kredit Bürosu” MMC (AKB) ISO/IEC 27001:2022 - İnformasiya Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə beynəlxalq sertifikatı əldə etmişdir.
Böronun yaydığı məlumatda bildirilir ki, qiymətləndirməni sertifikasiyanı həyata keçirmək üçün tələb olunan səlahiyyətə malik, Birləşmiş Krallığın Akkreditasiya Xidmətində (UKAS) akkreditasiyadan keçmiş, nüfuzlu “CFECERT” şirkəti həyata keçirmişdir.
Müvafiq qiymətləndirmə zamanı təşkilatın informasiya təhlükəsizliyi ilə bağlı siyasəti, prosedurları və fəaliyyətinin ən son beynəlxalq standartların tələblərinə uyğunluğu, həmçinin informasiya təhlükəsizliyi ilə bağlı risklərin idarə edilməsi istiqamətində görülmüş işlər qiymələndirilmiş və nəticədə AKB-nin müvafiq sertifikata uyğunluğu təsdiq edilmişdir. Qiymətləndirmə ISO/IEC 27001 sertifikasiyasının ən son yenilənmiş 2022-ci il versiyası üzrə həyata keçirilmişdir.
ISO/IEC 27001:2022 sertifikatı AKB-nin fəaliyyətinin səmərəliliyini və təhlükəsizliyini artırmaq, məlumatların mühafizəsi tədbirlərini gücləndirmək və tərəfdaşları arasında inamı daha da möhkəmləndirmək üçün davamlı səylərini əks etdirir. Müvafiq sertifikata nail olmaqla AKB - bank və maliyyə ekosisteminin aktiv iştirakçısı olaraq etibarlı tərəfdaş olduğunu bir daha ifadə etməkdən məmnunluğunu ifadə edir.
Xatırladaq ki, AKB 15 yanvar 2018-ci il tarixində yaradılmışdır. AKB müştərilərin kredit tarixçəsini təşkil edən məlumatların kredit təşkilatları ilə yanaşı daha geniş mənbələrdən, o cümlədən lizinq, sığorta, kommunal xidmətlər göstərən müəssisələrdən, nisyə mal alqı-satqısı həyata keçirən şirkətlərdən, habelə borc öhdəliyi ilə bağlı digər məlumat bazalarından toplanılmasını, saxlanılmasını, təhlilini, kredit hesabatlarının formalaşdırılmasını, borcalanlara fərdi reytinqlərin verilməsini və digər əlavə dəyər yaradan xidmətlərin həyata keçirilməsini təmin edən qurumdur.
Hazırda AKB-nin tərəfdaşlarının sayı 240-a yaxındır.
AKB korporativ təşkilatlara dəstək göstərməklə yanaşı, vətəndaşlara da Findoc portalı (www.findoc.az) üzərindən xidmətlərini təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
6 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
11 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
11 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ



















.webp)








