“Kristal Abşeron” 1 milyon manat təzminat tələb edir
Mənzildə təmirin keyfiyyətindən bəhs edən videonun “Kristal Abşeron”un işgüzar nüfuzuna xələl gətirdiyinə görə, Şirkət 1 milyon manat tələb təzminat tələb edir.Müxtəlif sosial şəbəkə səhifələrində “Kristal Abşeron”un “Sumqayıt 10-cu mikrorayon” layihəsinin təmir keyfiyyətindən bəhs edən video paylaşılıb.
Marja.az-ın əldə etdiyi məlumata görə bu hadisə ilə bağlı “Kristal Abşeron” çirkəti artıq rəsmi şəkildə məhkəməyə müraciət edib. Şirkət, paylaşılmış videonun işgüzar nüfuzuna xələl gətirdiyini bildirir və dəymiş ziyanın ödənməsi üçün 1 milyon manat tələb edir.
Bundan əvvəl isə məsələ ilə bağlı şirkətin belə açıqlaması olmuşdu: "Mənzili 19 mart 2019-cu ildə, təhvil-təslim aktı əsasında tam təmirli və standartlara cavab verən şəkildə müştəriyə təhvil verib. Təhvil-təslim aktının mənzil haqqında olan təlimatlar hissəsində bir sıra məlumat xarakterli informasiyalar verilib. Həmin aktda qeyd olunur ki, mənzildə yaşayış olmadığı təqdirdə divar kağızı və döşəmədə yarana biləcək fəsadların qarşısının alınması üçün ayda bir neçə dəfə mənzilin havalandırılmağı tövsiyə olunur. Lakin araşdırma nəticəsində məlum olub ki, mənzil sahibi tərəfindən bu tip tövsiyələrin heç birinə əməl olunmayıb. Əlavə olaraq da yaşadığı müddət ərzində sakin tərəfindən şirkətə hər hansı bir şikayət daxil olmayıb".
Məlumatla əlaqədar “Kristal Abşeron” şirkəti sorğumuza cavab verib:
"Bildirmək istəyirik ki, məlum videonun sosial şəbəkələrdə yayımlanmasından sonra məsələni birbaşa nəzarətə götürdük və araşdırmaya başladıq. Lakin mənzil sahibi və bir sıra şəxslər səbəbin araşdırılmasına maneələr yaradaraq müxtəlif yollarla tərəfimizə zərər vurmağa çalışdılar. Şirkətimiz tərəfindən, sosial şəbəkələrdə “VR Project” adı ilə fəaliyyət göstərən şirkət və həmin şirkətin rəhbəri Vəliyev M. S. işgüzar nüfuzumuza dəymiş zərərin ödənməsi üçün 1 milyon manat təzminat tələbi ilə məhkəməyə verilib. Nəzərinizə çatdıraq ki, tələb edilən təzminat ictimai və sosial məqsədlər üçün yaradılmış yardım fondlarından birinə bağışlanacaq.
Sonda qeyd edək ki, “Kristal Abşeron” olaraq hər zaman təmir-tikinti keyfiyyətimizi daha da yaxşılaşdırmaq yolunda ciddi və davamlı addımlar atırıq. İnşaat sektorunda daim tətbiq etdiyimiz innovativ həllərlə sakinlərimizin istəklərini təmin edərək onların xəyal etdiyi mənzildə yaşaması üçün çalışmışıq. Tikinti keyfiyyəti və dayanıqlılığının təmin olunması üçün gördüyümüz işlərlə tikintisi davam edən layihələrimizə yaxınlaşaraq tanış ola bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirik!"
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 11 saat sonra
-
-
11 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
11 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 12 saat əvvəl
-
12 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
12 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Ən çox oxunanlar
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb






















