Venesiyada ayaqbasdı ödənişi 5 avro olaraq müəyyən edilib
Kanalları ilə məşhur olan İtaliyanın Venesiya şəhərində gündəlik turist axınına nəzarət etmək üçün şəhərə gələn turistlərdən bir günlük giriş haqqının alıınması üçün portal istifadəyə verilib. Yanvarın 16-dan etibarən rezervasiya həyata keçirmək mümkündür. Giriş haqqı 5 avro olaraq müəyyən edilib. Giriş haqqının ödənilmədiyi müəyyən olunarsa, 50-300 avro arasında inzibati cərimə tətbiq olunacaq.Venesiya Bələdiyyə Şurasının 2023-cü ilin sentyabrında qəbul etdiyi "gündəlik ziyarətçilərdən giriş haqqının tutulması" ilə bağlı qərarının icrası üçün növbəi addım atılıb. Qərar şəhərdə turist sıxlığına nəzarət etmək üçün qəbul edilib.
Marja.az İtaliya mətbuatında yer alan xəbələrə istinadən xəbər verir ki, Venesiyaya bir günlük ziyarət üçün gələn turistlərin şəhərə 5 avroluq giriş haqqını əvvəlcədən ödəmələrinə və rezervasiya etmələrinə imkan verən rəqəmsal internet portalı istifadəyə verilib.
Belə ki, bu il yaz-yay aylarında şəhərə bir günlük səfər etməyi planlaşdıran turistlər, əgər səfərləri bələdiyyə tərəfindən “məşğul günlər” kimi müəyyən edilən 29 fərqli gündən birinə düşərsə, giriş haqqını ödəyərək rezervasiya edə bilərlər. Portal "Contributo di Accesso a Venezia" (Venesiyaya giriş haqqı) adlanır.
50-300 AVRO CƏRİMƏ
Bu əməliyyat müqabilində gündəlik ziyarətçilərin smartfonlarına keçid sənədi olan QR kodu göndəriləcək və bu QR kodun şəhərdə təsadüfi yoxlamalar zamanı göstərilməsi lazım gələcək. Giriş haqqını ödəməyənlər yerli hakimiyyət orqanları tərəfindən aşkar edilərsə, giriş pulundan əlavə 50-300 avro arasında inzibati cərimə də ödəməli olacaqlar.
Venesiya Bələdiyyəsinin hüdudları daxilindəki otellərdə qalanlar, Venesiyanın yerləşdiyi Veneto bölgəsində yaşayanlar, 14 yaşından kiçik uşaqlar, qayğıya ehtiyacı olanlar, idman yarışlarında iştirak edənlər, səyahət edən orta məktəb şagirdləri, təhlükəsizlik qüvvələri yanğınsöndürmə briqadaları isə giriş haqqını ödəməkdən azaddırlar.
Şəhər Şurasının qərarı ilə bu il məşğul olacağı gözlənilən və bəzi bayram günlərini də əhatə edən fərqli 29 gün ərzində ödənişli giriş sınaqdan keçiriləcək. Bu çərçivədə giriş ödənişi ilk dəfə 25-30 aprel tarixləri arasında tətbiq olunacaq.
Bildirilir ki, giriş ödənişi tətbiq edilməsində məqsəd müəyyən dövrlərdə sıxlığın qarşısını almaqdır.
Venesiya Bələdiyyə Şurasının 2023-cü ilin sentyabrında giriş rüsumunun tətbiqinə dair qərarını dəstəkləyənlər olsa da, bu qərara qarşı çıxanlar çox olub.
Kanalları ilə məşhur olan Venesiya hər il milyonlarla turisti qəbul edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
16 d. əvvəl
ABB 2025-ci ili artan mənfəət və güclənən kapital göstəriciləri ilə başa vurub
-
-
18 d. əvvəl
Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin
-
51 d. əvvəl
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
-
1 saat əvvəl
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
-
1 saat əvvəl
Daha 9 şəxs “Startap” şəhadətnaməsi aldı - 3 İL VERGİLƏRİ ÖDƏMƏYƏCƏKLƏR
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
3 saat əvvəl
İlham Əliyev “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib
-
3 saat əvvəl
Qlobal şirkət qızıl və gümüş üçün qiymət proqnozlarını yuxarı qaldırıb
-
3 saat əvvəl
Qlobal bank 2027‑ci il üçün neftin qiyməti üzrə proqnozlarını aşağı saldı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
Agentlik şirkətin provayder kimi uçotunu ləğv etdi
Ən çox oxunanlar
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
Biznes bankçılıqda daha çox rahatlıq – Expressbank
Sabah Bakıya sulu qar, bəzi rayonlara qar yağacaq
2026-cı ilin ötən günlərində ən sürətlə bahalaşan metal
Tərtərdə hərbi məhsullar istehsal edəcək zavodun açılışı olub






















