60 trilyon dollarlıq böhrana 321 milyard dollarlıq cərimə
2007-ci ildə başlayan qlobal böhranla dünyada 60 trilyon dollarlıq aktivin yox olduğu ehtimal edilir. Böhranda günahı olduğu düşünülən banklara isə bu ana qədər 321 milyard dollar cərimə kəsilib.
10 il əvvəl ilk işarələrini verən və 2008-dən etibarən bütün dünyanı bürüyən qlobal böhranın "yaraları sarılmağa" davam edir. "Marja" xəbər verir ki, Avropa və ABŞ mətbuatında yer alan xəbərlərə görə, qlobal bazarlarda 30 ilə 60 trilyon dollar arasında bir vəsait itkisinə səbəb olduğu güman edilən böhranın təsirləri həm sosial, həm də iqtisadi olaraq hələ də tam olaraq keçməyib.
Xüsusən investorların aldadılması və yanlış istiqamətləndirilməsi nəticəsində qlobal bir fəlakətə çevrilən böhranın səbəbkarlarına qarşı cinayət işləri fasiləsiz davam edir.
Aparılan araşdırmalara görə, 2007-ci ildən bu yana yaşanan böhran ilə əlaqədar olaraq dünya miqyasında qlobal maliyyə orqanlarına kəsilən cərimələrin ümumi həcmi 321 milyard dolları aşıb.
TƏKCƏ ABŞ-DA 150 MİLYARD DOLLAR CƏRİMƏ KƏSİLİB
Bu cərimələrin 150 milyard dolları birbaşa ABŞ banklarına yazılıb. İstintaqlar dünya miqyasında davam etdiyi üçün cərimələrin artmağa davam edəcəyi bildirilir.
Rekord məbləğdə cərimə - 56 milyard dollarla ABŞ maliyyə nəhəngi Bank of America-ya (BoA) kəsilib. Bank, böhran dövründə iflas nöqtəsinə gələn "Merrill Lynch" və ipotaka şirkəti "Countrywide"ı da satın aldığı üçün bu şirkətlərin də öhdəliklərini üzərinə götürüb. Bu da şirkətin cərimə fakturasını rekord səviyyəyə qaldırıb.
Təkcə bu il Avropanın maliyyə qurumlarına ümumilikdə 19 milyard dollarlıq cərimə kəsilib. Avropada ən ağır cəza 5.5 milyard dollarla İngiltərənin bankı "Royal Bank of Scotlan"da verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
38 d. əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 45 d. əvvəl
- 47 d. əvvəl
-
56 d. əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
1 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)

















.jpg)
