Hyundai-ın hava taksisi 2028-ci ildə səmaya qalxacaq
Hyundai Motor Group-un hava nəqliyyatı şirkəti Supernal, inkişaf etdirdikləri elektrik təyyarəsini təqdim edib və 2028-ci ildə hava taksisi əməliyyatlarına başlayacaqlarını açıqlayıb. Təyyarə 1500 fut yüksəklikdə saatda 120 mil sürətlə uçmaq üçün nəzərdə tutulmuşdur.ABŞ-ın Las-Veqas şəhərində keçirilən Consumer Electronics Fair (CES) sərgisində texnologiya, avtomobil və istehlak elektronikası dünyasındakı yeniliklər nümayiş etdirilir.
Marja.az xəbər verir ki. sərgiyə qatılan Hyundai Motor Group-un hava nəqliyyatı şirkəti Supernal, inkişaf etdirdikləri elektrik təyyarəsini S-A2-ni təqdim edib və 2028-ci ildə elektrikli hava taksi fəaliyyətinə başlayacaqlarını açıqlayıb.
Supernal-ın baş direktoru Jaiwon Shin-in sözlərinə görə, Supernal 600 nəfərlik komandaya qədər böyüyüb.
S-A2 kommersiya məqsədli uça bilməkdən əvvəl ABŞ Federal Aviasiya Administrasiyası ilə uzun Tip 1 sertifikatlaşdırma prosesindən keçməlidir. Bildirilib ki, şirkət bu il Kaliforniyada öz avtomobillərini sınaqdan keçirməyə başlayacaq. Supernal da bu il ərizəsini FAA-ya təqdim edəcək.
Təyyarə 1500 fut yüksəklikdə saatda 120 mil sürətlə uçmaq üçün nəzərdə tutulmuşdur. Layihə şəhərətrafı səyahətləri hədəfləyir.
Təyyarə qalxma və eniş zamanı təxminən 65 desibel, hərəkət zamanı isə 45 desibel səs-küy səviyyəsində işləyir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 17 saat əvvəl
-
- 17 saat əvvəl
-
19 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























