Bakıda 143 minə yaxın mənzilə tələbat yaranacaq
2040-cı ilədək Bakıda təqribən əlavə 142,82 min mənzilə tələbat yaranacaq.
Marja.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Qeyd edilib ki, əhali proqnozları əsasında aparılmış hesablamalara görə 2040-cı ilədək Bakıda təqribən əlavə 142,82 min mənzilə tələbat yaranacaq.
Baş Planda əhalinin mənzil tələbatının ödənilməsi üçün inşa olunacaq bina və evlər üçün təqribən 9 000 ha sahə nəzərdə tutulmuşdur ki, burada da təqribən 200,0 min mənzilin təmin edilməsi mümkün olacaq. Bu, 2027-ci ilədək yaranacaq 49,97 min mənzilə və 2040-cı ilədək yaranacaq 92,85 min mənzilə bərabər tələbatın ödənilməsi üçün kifayət edəcək.
Qeyd edək ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında, paytaxtın əhalinin 2,62 – 3,17 milyon nəfər arasında dəyişəcəyi proqnoz edilir.
Bakıda köhnəlmiş mənzil fondu ərazilərinin qiymətləndirilməsi meyarları müəyyənləşib
Bakıda köhnəlmiş mənzil fondu əraziləri Baş Plan çərçivəsində müəyyən ediləcək. Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Qeyd edilib ki, son onilliklər ərzində Bakı şəhəri sürətlə inkişaf edir, lakin buna baxmayaraq şəhərin mərkəzi ərazilərində müasir standartlara cavab verməyən və kommunal infrastruktur ilə təminat baxımından çatışmazlıqların olduğu köhnəlmiş mənzil fondunun yerləşdiyi ərazilər mövcuddur. Bu gün qeyd olunan ərazilər yeni inşa olunmuş binalar və inkişaf etmiş ərazilərlə əhatə olunub. Küçə və keçidlərin dar olması səbəbindən həmin ərazilərin əksəriyyətinin lazımi səviyyədə giriş-çıxış imkanları da yoxdur. Baş Plan çərçivəsində bu ərazilər müəyyən edilir. Belə ki, həmin ərazilər üzrə əlavə təhlillərin aparılması, ərazilərin yenidən qurulması və ya köçürülməsi ilə bağlı planlaşdırma konsepsiyalarının müəyyən edilməsi tələb olunur. Bu tapşırıq Baş Plana əsaslanmaqla, qanunvericiliyin tələblərinə uyğun cavabdeh qurumlar tərəfindən tamamlanmalıdır.
Köhnəlmiş mənzil fondu ərazilərinin qiymətləndirilməsi meyarları:
- Binalarda və yol infrastrukturunda kiçik yenidənqurma işlərinin aparılması, ictimai və sosial xidmət təminatının genişləndirilməsi;
- Binalarda və texniki infrastrukturda əsaslı yenidənqurma işlərinin aparılması, küçələrin genişləndirilməsi, sosial xidmətlərin əsaslı şəkildə genişləndirilməsi;
- Köçürülmüş ərazilərdə tikinti işlərinin aparılması (əhalinin köçürülməsi tələb olunur).
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)







.jpg)







