Bakının ortasından kanal salınacaq- Başlanğıcı SOCAR-ın Baş ofisinin yaxınlığında olacaq
"Bakı şəhərinin Baş Planı 2040" sənədi dərc olunub. Plan 2040-cı ilə qədər olan perspektiv dövr üçün şəhərin əsas inkişaf perspektivlərini və istiqamətlərini müəyyən edən strateji planlaşdırma sənədidir. Baş Planın izahatında bildirilir ki, Böyükşor ərazisindəki axınların Böyükşor və Xəzər dənizi arasındakı təpədən şəhərə doğru yolun yarısına qədər salınacaq tunel vasitəsilə axıdılması planlaşdırılır. Axının aşağı hissəsi kanal kimi inkişaf etdirilə bilər. Bakı şəhərinin Baş Planına əsasən, bu kanalın başlanğıcı üçün ilkin olaraq seçilmiş yer Heydər Əliyev prospektində ARDNŞ-nin baş ofisinin yaxınlığında olacaq və dəmir yolu xəttinin yanı ilə davam edəcək. Qeyd edilən kanal 2 mərhələdə də inkişaf etdirilə bilər: birinci mərhələdə boru kəməri inşa edilə bilər. Kanalın yaradılması üçün bu boru kəməri tədricən açıla bilər. Bu kanal istirahət və ətraf mühit baxımından əraziyə əlavə üstünlük qazandıra bilər.Witteveen + Bos” - Alternativ təkliflər “Azərsu” ASC-nin Master Planında qeyd olunan təkliflərlə bağlı bir sıra çatışmazlıqlar var. Bunlara əsaslı investisiya qoyuluşu tələblərini, Abşeronun daha geniş hidroloji ehtiyaclarının (gölün bərpası da daxil olmaqla) və gələcək bərpa ehtiyaclarının (şəhərin yaşıllaşdırılması və ərazinin abadlaşdırılması da daxil olmaqla) nəzərə alınmamasını misal gətirmək olar. Bununla əlaqədar olaraq, DŞAK potensial alternativləri müəyyən etmək üçün “Witteveen + Bos” şirkətinin cəlb olunması ilə paralel tədqiqatlar həyata keçirmişdir. Qeyd edilən tədqiqatlar Hövsan I və Lökbatan hövzələrinin optimallaşdırılması və Bakının əsas göllərində - əsasən Böyükşor, Bülbülə, Xocahəsən və Qu göllərində bərpa tədbirlərinin tullantı sularının idarəçiliyi üzrə həllər ilə inteqrə edilməsinə yönəldilmişdir. Təkliflər ayrı hesabatda ətraflı təsvir edilmiş (“Witteveen + Bos”, 2019-cu il) və aşağıda ümumiləşdirilmişdir.
Marja.az xəbər verir ki, bu, "Bakı şəhərinin Baş planı 2040" sənədinin izahında bildirilir.
Qeyd edilib ki, Hövsan I hövzəsində Zığ nasos stansiyasının yerləşdiyi ərazidə gücü 200 000 m3/gün, Böyükşor yaxınlığında isə gücü 157 500 m3/gün olan yeni Tullantı Sularının Təmizləyici Qurğuların tikintisi təklif olunur. Təmizlənmiş su suvarma suyu və ya texniki su kimi istifadə edilə və təmiz su tələbatını azalda bilər. Bu alternativ, tunel tikintisi xərclərini azaldır və suyu təkrar istifadə edərək içməli suya olan tələbatın nisbətən azaldılmasına imkan verir. Təchizat şəbəkəsi tam gücü ilə işlədikdə suyun təkrar emalı sayəsində ildə 134 milyon m3 içməli suya qənaət edilir.
Mövcud Dairəvi və Sahil kollektorları yeni Zığ TSTQ-yə axıdılacaqdır. Qara Qarayev prospektinin şimalında yerləşən ərazidəki tullantı suları “Böyükşor” TSTQ-yə axıdılacaq. Qeyd edilən qurğudan təmizlənmiş suyun bir hissəsi tunel vasitəsilə, digər hissəsi isə Bakı şəhərinin ərazisindən keçməklə yeni istirahət körfəzi vasitəsilə axıdılacaqdır. Təcili axınlar da bu sistemdən axıdılacaq. Böyükşor ərazisində təklif olunan TSTQ-yə həmçinin Lökbatan hövzəsinin yuxarı hissəsindən (Böyükşor gölünün qərbində) tullantı suları axıdılacaq.
Qeyd edilən hər iki TSTQ-də bioqaz qurğuları vasitəsilə şlamdan elektrik enerjisinin istehsal edilməsi nəzərdə tutulur. Bu yolla, ümumilikdə 6,1 MVt elektrik enerjisi istehsal edilə bilər.
Böyükşor ərazisindəki axınların Böyükşor və Xəzər dənizi arasındakı təpədən şəhərə doğru yolun yarısına qədər salınacaq tunel vasitəsilə axıdılması planlaşdırılır. Axının aşağı hissəsi kanal kimi inkişaf etdirilə bilər. Bakı şəhərinin Baş Planına əsasən, bu kanalın başlanğıcı üçün ilkin olaraq seçilmiş yer Heydər Əliyev prospektində ARDNŞ-nin baş ofisinin yaxınlığında olacaq və dəmir yolu xəttinin yanı ilə davam edəcək. Qeyd edilən kanal 2 mərhələdə də inkişaf etdirilə bilər: birinci mərhələdə boru kəməri inşa edilə bilər. Kanalın yaradılması üçün bu boru kəməri tədricən açıla bilər. Bu kanal istirahət və ətraf mühit baxımından əraziyə əlavə üstünlük qazandıra bilər.
Lökbatan hövzəsində, Xocahəsən gölünün yaxınlığında Xırdalana və Xocahəsən ətrafındakı əraziyə xidmət edəcək 37500 m3/gün su tutumuna malik TSTQ-nin inşası təklif olunur. Hövzənin yuxarı hissəsindəki tullantı suları toplanaraq “Böyükşor” TSTQ-yə axıdılacaq.
Yeni boru kəmərləri və nasos stansiyaları tullantı sularının mövcud sistemlərdən yeni “Böyükşor” TSTQ-yə axıdılmasına imkan verəcək. Xocahəsən gölünün ətrafındakı əlavə kanalizasiya xətləri axını gölün şimal ucundakı yeni TSTQ-yə yönəldəcək. Bakı şəhərinin Baş Planında təklif edildiyi kimi təmizlənmiş su, Xocahəsən gölünün şərq tərəfindəki 200 ha yaşıllıq ərazinin suvarılması üçün istifadə olunacaq.
undan əlavə, hövzənin cənub hissəsindəki tullantı sularının təmizlənməsi üçün Lökbatan ərazisində TSTQ-nin tikintisinə ehtiyac var. TSTQ-nin yeri “Azərsu” ASC-nin Master Planına əsaslanır. Bundan sonra, nəzərdə tutulan TSTQ-nin gücü 105000 m3/günə endirilə bilər.
Müştərilərin xəbərləri
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 11 saat sonra
-
-
11 saat əvvəl
Hökumətdə iclas keçirilib, sahibkarların qaldırdığı məsələlər müzakirə olunub, qərarlar qəbul olunub
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Təsisçiləri şirkətə illik 10 faizlə 142 milyon manat borc veriblər
-
12 saat əvvəl
Dağıstandakı “Ozon” logistika mərkəzi “Şimal-Cənub” dəhlizinin bir hissəsi olacaq
- 12 saat əvvəl
-
12 saat əvvəl
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
-
12 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABB-dən 100 milyon manatlıq istiqraz
Avropa Mərkəzi Bankı üç il ardıcıl zərər açıqlayıb, sədri isə illik 702 min dollar maaş alıb
Ən çox oxunanlar
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
Bakıda Dubayın inşaat şirkətlərinin iştirakı ilə satış tədbiri keçiriləcək – 3 gün Ramazana özəl təkliflər
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Uzbekneftegaz" və SOCAR Buxara neft emalı zavodunun modernləşdirilməsini müzakirə edib
Dünya İqtisadi Forumunun prezidenti istefa verib
Jeep istehsalçısı böyük məbləğdə zərər açıqladı
Yanvarda bank sektorunda çalışanların sayı 154 nəfər azalıb






















