Dövlət şirkəti 20 milyon dollar borc almağa hazırlaşır
"AzerGold” QSC "Bakı Fond Birjası" QSC-də (BFB) 20 milyon ABŞ dolları dəyərində yeni istiqrazlarını yerləşdirməyə hazırlaşır.
Məlumata görə, söhbət hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 200 000 ədəd istiqrazdan gedir.
Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Onların tədavül müddəti, illik gəlirliliyi və faizlərin ödənilməsi tezliyi hələ ki, məlum deyil.
Xatırladaq ki, "AzerGold"un 2020-ci ildə tədavülə buraxdığı 20 milyon ABŞ dolları dəyərində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların tədavül müddəti ötən ilin sentyabr ayında başa çatıb. Nominal dəyəri 100 ABŞ dolları olan 200 min ədəd istiqrazın yarısı 2020-ci ilin sentyabr ayında, yarısı isə noyabr ayında yerləşdirilib. Onların illik gəlirliliyi 4 % olub. Faizlər rüblük ödənilib və bu müddətdə istiqraz sahibləri 2,4 milyon ABŞ dolları faiz gəlirləri əldə edib. Həm bu məbləğ, həm də əsas vəsait istiqraz sahiblərinin hesablarına köçürülüb. Bununla da, ümumilikdə 22,4 milyon ABŞ dolları məbləğində vəsaitin investorlar arasında bölüşdürülməsi başa çatdırılıb. Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti" QSC olub.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 saat əvvəl
-
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















