Türkiyənin pomidor ixracı 2023-cü ildə kəskin artıb
Qardaş ölkə 2023-cü ildə 538,7 milyon dollara yüksəlib. Ötən il Türkiyə Azərbaycana da pomidor satıb.Türkiyədən 2023-cü ildə pomidor ixracı 2022-ci ilə nisbətən 42,8% artaraq 538 milyon 724 min dollara çatıb.
Marja.az xəbər verir ki, Cənub-Şərqi Anadolu İxracatçılar Birliklərinin (GAİB) məlumatına görə, 2022-ci ildə Türkiyədən 54 ölkəyə pomidor ixracından 377 milyon 198 min dollar gəlir əldə edilib. 2023-cü ildə isə ixrac əvvəlki ilin rəqəmlərini 42,8% üstələyərək 538 milyon 724 min dollara çatıb.
Bu dövrdə Rumıniya, Ukrayna, Polşa, Almaniya, Bolqarıstan, Hollandiya, Böyük Britaniya, Seyşel adaları, Rusiya, Danimarka, İspaniya, Azərbaycan, İtaliya, Qətər, Qazaxıstan, Estoniya, Fransa və digər ölkələr də daxil olmaqla 52 ölkəyə 588 min 418 ton pomidor ixrac edilib.
Rumıniya Türkiyənin ən çox pomidor ixrac etdiyi ölkədir. Türkiyə keçən il Rumıniyaya 91 milyon 983 min dollarlıq pomidor satıb. Rumıniyanın ardınca 64 milyon 666 min dollarla Ukrayna, 56 milyon 659 min dollarla Polşa, 53 milyon 987 min dollarla Almaniya, 40 milyon 603 min dollar və 39 milyon 585 min dollarla Rusiya gəlir.
"Sevindirici hadisədir"
Türkiyə İstixana İnvestorları və İstehsalçıları Assosiasiyasının sədri Halil Pekdemir bildirib ki, 2023-cü ildə pomidor ixracında böyük artım sevindiricidir.
Pomidor ixracatının 2022-ci ilə nisbətən yüzdə 42,8 artmasında yeni bazarlara açılmasının böyük təsiri olduğunu qeyd edən Pekdemir, “2023-cü ildə Türkiyədən pomidor ixracının 538 milyon 724 min dollara yüksəlməsi, onun ölkə iqtisadiyyatına töhfəsi istehsalçılarımız, ixracatçılarımız üçün sevindirici bir hadisədir. Pomidor bazarlarının artması həm də sahibkarlarımızı yeni istixanalar yaratmağa sövq edəcək. Yeni investisiyaların artırılması həm əhalinin məşğulluğuna töhfə verəcək, həm də ölkə iqtisadiyyatına gəlir gətirəcək" deyib.
Halil Pekdemir hökumətin istixana layihələrinə verdiyi dəstəyin ixrac rəqəmlərində açıq şəkildə əks olunduğunu qeyd edərək, yeni ildə də davam edəcək bu dəstəyə görə hökumətə təşəkkür edib.
Türkiyənin istixana məhsulları istehsalında Avropanın zirvəsində olmasını istədiklərini qeyd edən Pekdemir, "İstixana sənayesinə verilən dəstəkdən çox məmnunuq və 2024-cü ildə pomidor ixracatında bazar payımızı daha da artırmağı hədəfləyirik. Hökumətimizin verdiyi dəstəklə bu məqsədə doğru sürətlə irəliləyirik. İxrac edilən ölkələrə və miqdarlara nəzər saldıqda görürük ki, müxtəlif ölkələrə və mövcud ölkələrə əvvəlki dövrlərə nisbətən daha yüksək miqdarda satış edirik. 2024-cü ildə artacaq istehsal və bazar payımızla ixracat rəqəmlərini artırıb ölkəmiz iqtisadiyyatına böyük töhfə verəcəyik”, - bildirib.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
2 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
2 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT investorlara illik 18% gəlir təklif edir
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
Ən çox oxunanlar
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Bank kartları dələduzların hədəfinə necə çevrilir?























