6 ayda 92 mindən çox azərbaycanlı İstanbulu ziyarət edib
Bu ilin birinci yarısında İstanbula səfər edən turistlər arasında azərbaycanlılar ilk 20-likdə yer alıb. Bu müddətdə İstanbulu 92 088 nəfər azərbaycanlı ziyarət edib.
Bu barədə Türkiyə mətbuatı xəbər verir.
İstanbul Mədəniyyət və Turzim İdarəsinin hesabatına əsasən, birinci yarımildə səfər edən turistlər arasında 9,2% ilə almanlar birinci olub.
Bu müddətdə şəhərə gələn turistlərin 7,7%-ni iranlılar, 4,6%-ni ruslar, 4,3%-ni Səudiyyə Ərəbistanından olan turistlər, 4,2%-ni iraqlılar, 3,5%-ni ingilislər, 3,4%-ni ukraynalılar, 3,3%-ni fransızlar, 2,9%-ni amerikalılar, 2,5%-ni hollandlar, 2,1%-ni Küveytdən gələnlər, 2,1%-ni türkmənlər və 2,1%-ni azərbaycanlılar təşkil edib. Çinlilər də cəmi turistlərin 2%-ni əhatə edib.
Qeyd edək ki, yanvar-iyun ayları ərzində İstanbula cəmi 4 385 153 turist səfər edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1% azalma deməkdir.
Bundan əvvəl Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi bildirmişdi ki, Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı illik müqayisədə 28,51% artaraq 2017-ci ilin yanvar-iyun ayları ərzində 306 644 nəfərə çatıb. Təkcə bu ilin iyun ayı ərzində Azərbaycandan Türkiyəyə 63 223 nəfər səfər edib, bu da illik müqayisədə 26,81% çoxdur.
Rəqəmlərdən məlum olur ki, Türkiyəyəy səfər edən azərbaycanlıları 30%-i İstanbula gedir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)






.jpg)






