Azərbaycanda valyuta əməliyyatlarının vahid informasiya sistemi yaradılacaq

Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”ni təsdiqləyib.
Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Yeni qərara əsasən, Azərbaycanda rezident və qeyri-rezidentlərin apardıqları valyuta əməliyyatları barədə vahid informasiya sistemi formalaşdırılacaq.
İnformasiya sisteminə Azərbaycan bankları, xarici bankların yerli filialları, milli poçt operatoru, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış hüquqi şəxslər valyuta əməliyyatları barədə məlumatlar təqdim ediləcək. İnformasiya sisteminin saxlanılması və fəaliyyət xərclərini AMB maliyyələşdirəcək. Bu sistemdən istifadə ödənişsiz olacaq və qeyri-iş günləri də daxil olmaqla günün istənilən vaxtı real vaxt rejimində fəaliyyət göstərəcək.
Bundan başqa, informasiya sistemindən istifadə elektron kabinet və/və ya elektron məlumat sorğulama modulu vasitəsilə həyata keçiriləcək. İştirakçılar informasiya sistemindən gücləndirilmiş elektron imza ilə eyniləşdirildikdən sonra elektron kabinet və ya elektron məlumat sorğulama modulu vasitəsilə istifadə edə və digər əməliyyatları həyata keçirə bilər, müştərilər isə AMB-nin Elektron xidmətlər portalında Vahid Giriş Sistemi (“ASAN login”) ilə eyniləşdirildikdən sonra informasiya sistemindən müştərilər üçün məlumat pəncərəsi vasitəsilə özlərinə dair valyuta əməliyyatları barədə məlumatları əldə edə biləcəklər.
Əsasnaməyə əsasən, informasiya sisteminə valyuta mübadiləsi əməliyyatları barədə məlumatlar gələn il martın 1-dən, Azərbaycandan kənara xarici valyutanın köçürülməsi əməliyyatları barədə məlumatlar isə gələn il iyulun 1-dən təqdim ediləcək.
AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
© “Report”
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 9 d. əvvəl
-
19 d. əvvəl
Azərbaycanın mühəndislik şirkəti 10 milyon manatdan çox xalis mənfəət əldə edib
-
- 33 d. əvvəl
-
41 d. əvvəl
AYİB: ABŞ tarifləri Azərbaycanda ən çox alüminium ixracına təsir edib
- 43 d. əvvəl
-
50 d. əvvəl
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi qismən İT sistemlərini “Hökumət buludu”na köçürüb
-
1 saat əvvəl
Avropa Bankı Azərbaycan iqtisadiyyatı barədə proqnozunu dəyişdi - İQTİSADİ ARTIM YAVAŞLAYACAQ
-
1 saat əvvəl
Bakı metrosunun Müşahidə Şurasının üzvlərinin sayı artırılıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin avtomobil istehsalçısı Chery birjaya daxil oldu - SƏHMLƏRİ AÇILIŞDA BAHALAŞDI
- 1 saat əvvəl
Son Xəbərlər

"Port Baku"nun yanında metro stansiyası olacaq

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi qismən İT sistemlərini “Hökumət buludu”na köçürüb

Bakı metrosunun Müşahidə Şurasının üzvlərinin sayı artırılıb

BYD Avropada Tesla-nı ardıcıl ikinci aydır geridə qoyur
Ən çox oxunanlar

Çinin avtomobil istehsalçısı Chery birjaya daxil oldu - SƏHMLƏRİ AÇILIŞDA BAHALAŞDI

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Tramp: "Necə gedir işlər? Yaxşıdır? Atışma yoxdur?"

“Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru ilə görüş olub

“Ares Management” qlobal investisiya şirkətinin həmtəsisçisi və baş icraçı direktoru ilə görüş olub
