Coca-Cola-nın “Yeni İl Karvanı”nın Azərbaycan səfəri başlayıb
Karvan öz əyləncəli şousu ilə bayram sevincinə həyəcan qatır
(®) Dünyanın sevilən içki brendi olan Coca-Cola-nın məşhur “Yeni İl Karvanı” bu il də Azərbaycanda səfərdədir. Karvan öz əyləncəli şousu ilə Gəncə, Qəbələ, İsmayıllı, Lənkəran, Sumqayıt və Bakı sakinlərinin bayram sevincinə həyəcan qatır.
Karvan 25 dekabr Gəncə, 26 dekabr Qəbələ, 27 dekabr İsmayıllı, 28 dekabr Lənəkran şəhərlərinə səfər edib. Karvanın növbəti dayanacaqları Sumqayıt və Bakı şəhərləri olacaq. Belə ki, Karvan 29 dekabr Sumqayıt, 30 dekabr Bakı şəhər sakinlərinin görüşünə gələcək.
Coca‑Cola şirkətinin Avrasiya regionu üzrə İctimaiyyətlə Əlaqələr direktoru Elşad Fərzəliyev bildirib ki, şirkətin bu il Yeni İlə həsr edilən kampaniyasının əsas mövzusu xeyirxahlıqdır: “Hər il olduğu kimi bu il də Coca-Cola Yeni İl Karvanı ilə insanlara xoşbəxt anlar bəxş edir. Yeni İl Karvanı ilə insanlara xeyirxahlıq mesajını yenidən xatırladır. İnanırıq ki, Karvan insanlara xoş anlar, əyləncə, sevinc bəxş edəcək. Fürsətdən istifadə edib Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə də təbrik edirəm”.
Bildirək ki, Coca‑Cola-nın Yeni İl kampaniyası bununla bitmir. Şirkət Nərgiz Fondunun təşkilatçılığı ilə keçirilən “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının da tərəfdaşlarındandır. Coca-Cola “Şaxta Babanın evi” və ikonik şam ağacı ilə yarmarkaya xüsusi rəng qatır.
Xatırladaq ki, 1920-ci ildə Coca‑Cola ilk dəfə olaraq Yeni İl bayramına həsr edilmiş reklam kampaniyasına başlayıb və uzun illərdir Yeni İl Coca-Cola üçün xüsusi önəm daşıyır və şirkət fəaliyyət göstərdiyi ölkələrdə bayram ərəfəsində bir sıra kampaniyalar və layihələr həyata keçirir. Coca-Cola Azərbaycanda da hər il Yeni İl üçün bir-birindən möhtəşəm kampaniyalar gerçəkləşdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
