ABŞ-ın büdcə kəsiri mart ayından bəri ən yüksək həddə çatıb
ABŞ federal hökumətinin büdcə kəsiri noyabrda keçən ilin eyni ayı ilə müqayisədə 26 faiz artaraq 314 milyard dollara çatıb. Kəsir mart ayından bəri ən yüksək səviyyədədir.ABŞ Maliyyə Nazirliyi noyabr ayı üzrə büdcə balansı hesabatını dərc edib.
Marja xəbər verir ki, federal hökumətin 1 oktyabr 2023-cü ildə başlayan və 30 sentyabr 2024-cü ildə sona çatacaq 2024 maliyyə ilinin büdcəsində noyabr ayında 314 milyard dollar kəsir yaranıb. Federal hökumətin keçən ilin eyni ayında 249 milyard dollarlıq büdcə kəsiri var idi. Belə ki, noyabrda büdcə kəsiri keçən ilin eyni ayı ilə müqayisədə 26 faiz artıb.
Bu dövrdə büdcə balansı ilə bağlı bazar gözləntisi noyabr ayında büdcədə 301,1 milyard dollar kəsir yaranacağı idi.
Büdcə kəsiri yüksək faiz xərcləri və digər xərclərin təsiri ilə artıb. Büdcə kəsiri mart ayından bəri ən yüksək həddə çatıb.
Noyabrda hökumətin gəlirləri keçən ilin eyni ayı ilə müqayisədə 9 faiz artaraq 275 milyard dollar, xərcləri isə 18 faiz artaraq 589 milyard dollar təşkil edib.
İki aylıq büdcə kəsiri 13 faiz artıb
2024-cü maliyyə ilinin iki ayı üzrə cəmi büdcə kəsiri keçən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 381 milyard dollar təşkil edib. Söz mövzusu kəsir keçən ilin eyni dövründə 336 milyard dollar səviyyəsində idi.
Maliyyə ilinin ilk 2 ayında xərclər keçən ilin eyni dövrü ilə müqayisədə 17 faiz artaraq 1,1 trilyon dollara, gəlirlər isə təxminən 19 faiz artaraq 678 milyard dollara çatıb.
ABŞ-ın büdcə kəsiri 2023-cü maliyyə ilində əvvəlki illə müqayisədə 23 faiz artaraq 1,7 trilyon dollar təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 32 d. əvvəl
-
- 56 d. əvvəl
-
1 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
4 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 4 saat əvvəl
-
5 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"




















