Rusiya buğdanın ixracına qadağa tətbiq edir
Məhdudiyyət 31 may 2024-cü il tarixinədək qüvvədə olacaq.Rusiya hökuməti bərk buğdanın ixracına müvəqqəti qadağa tətbiq edir.
Marja.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
"Rusiya ölkədən bərk buğdanın ixracına müvəqqəti məhdudiyyət tətbiq edir. Bu barədə sərəncam imzalanıb. Qərar ərzaq təhlükəsizliyini təmin etmək məqsədi daşıyır və daxili bazarda bərk buğda məhsullarının qiymətləri ilə bağlı sabit vəziyyəti saxlamağa kömək edəcək”, - məlumatda deyilir.
Müvəqqəti məhdudiyyət hökumətin sərəncamı dərc edildiyi andan qüvvəyə minir və 31 may 2024-cü il tarixinədək qüvvədə olacaq.
Eyni zamanda bir sıra istisnalar da nəzərdə tutulur. Bunlara beynəlxalq humanitar yardım və beynəlxalq hökumətlərarası sazişlər çərçivəsində buğdanın ixracı daxildir.
Həmçinin buğdanın Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkələrə - Ermənistan, Belarus, Qırğızıstan və Qazaxıstana ixracına Rusiya Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilən icazələr əsasında hökumətin qərarı ilə müəyyən edilmiş kvotalar çərçivəsində icazə veriləcəkdir.
Rusiya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti daha əvvəl bildirmişdi ki, istehsalçı ölkələrin böyük əksəriyyətində əlverişsiz aqrometeoroloji şərait səbəbindən cari kənd təsərrüfatı mövsümündə (1 iyul 2023-cü il - 30 iyun 2024-cü il) dünyada bərk buğda məhsulu son 20 ilin minimum səviyyəsinə enəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər














.jpg)






