İngiltərə faizi dəyişdirmədi
İngiltərə Mərkəzi Bankı faiz nisbətini (uçot dərəcəsini) gözlənildiyi kimi 0.25%-də saxlayıb. Qiymətli kağızların alışı proqramının midarı da 435 milyard funt sterlinqdə qalıb.
Faizi dəyişdirməmək qərarı 2-yə qarşı 6 səslə, qiymətli kağızların alışı miqdarını dəyişdirməmək qərarı da 8-0 səslə verilib.
Bank inkişaf proqnozlarını Maydan bəri pisləşən iqtisadi mənzərəyə bağlı olaraq aşağı salıb. İqtisadi artım proqnozu bu il üçün 1.9%-dən 1.7%-ə, 2018 üçün 1.7%-dən 1.6%-ə endirilib. Bank zəif funt-sterlinq və güclü qlobal tələbatın ixracı dəstəkləyəcəyini, ancaq Avropa Birliyindən çıxmaq müzakirələrinin təzyiq faktoru olduğunu bildirir.
Bəyanatda "Əgər iqtisadiyyat gözlənildiyi kimi performans qeyd edərsə faiz nisbətinin bazar proqnozundan daha böyük artırılması lazımdır" deyilib.
İngiltərə Mərkəzi Bankının (BOE) sədri Mark Karney, Cümə axşamı günkü toplantının ardından Londonda keçirdiyi mətbuat konfransında funt-sterlinqin zəifləməsinin real gəlirləri aşağı saldığını bildirib.
İstehlakçı xərclərində zəifləmənin iqtisadi inkişaf üzərində mənfi təsiri olduğunu bildirən Karney, investisiyaların Brexit referendumuna görə azaldığını ifadə edib.
Kanrey, iqtisadi inkişafın yaxın perspektivdə gücsüzlüyünü qoruduğunu dilə gətirdib və inkişafın, investisiya və ticarət ilə sürətlənəcəyini bildirib.
İqtisadi inkişafda məhdud bir artımın belə pul siyasəti üzərində təsirinin olacağını bildirən Karney, gələcək üç ildə bir miqdar sərtləşmə (faizin qaldırılması) lazım olacağını bildirib.
Karney, gələcək üç ildə faizin 2 dəfə artırılmasının böyük bir ehtimalla yetərli olmayacağınıvurğulayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 5 d. əvvəl
- 24 d. əvvəl
- 30 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
Ən çox oxunanlar
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
“Baku Steel Company” ixracını 70 faiz artırıb
Azərbaycanda qaz hasilatı cüzi artıb
1 Mayın hava proqnozu - BAKIDA 19 DƏRƏCƏYƏDƏK, RAYONLARDA 25 DƏRƏCƏYƏDƏK İSTİ GÖZLƏNİLİR






.jpg)
.jpg)








.jpg)









