“Aqrarkredit” 11 əmlakı 19,7 milyon manat ilkin qiymət ilə satışına hazırlaşır
“Aqrarkredit” QSC tərəfindən problemli borcların müqabilində mülkiyyətinə (balansına) götürülmüş əmlakların satışına başlanılmışdır.
“Aqrarkredit” QSC-nin balansındakı problemli aktivlərin idarəolunması ilə bağlı təkliflərin müzakirəsi barədə Azərbaycan Respublikasının İqtisadi Şurası iclasının qərarının icrası ilə əlaqədar “Aqrarkredit” QSC-nin Müşahidə Şurasının müvafiq qərarı ilə “Aqrarkredit” QSC-nin balansında, balans dəyəri 1 milyon manatadək olan əmlak və aktivlərin, habelə onlar üzrə borcların tələb hüquqlarının satılması və idarəetməyə verilməsi barədə Qaydalara uyğun olaraq İdarə Heyətinin qərarına əsasən birbaşa müsabiqə yolu ilə və hərrac vasitəsilə 164 min 167,77 manat dəyərində 28 daşınar əmlak və 2 milyon 280 min 227,62 manat dəyərində 19 daşınmaz əmlak satılmışdır.
Bu barədə Marja-ya təşkilatdan bildirilib.
Qeyd edilib ki, “Aqrarkredit” QSC tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Problemli aktivlərin (əmlakların) və onlar üzrə tələb hüquqlarının satılması, idarəetməyə veriməsi və iştirak payı kimi qoyulması üzrə Müsabiqə Komissiyasının fəaliyyət Qaydalarına əsasən Müsabiqə Komissiyasının qərarına uyğun olaraq 8-i qeyri yaşayış sahələri, 2-si torpaq sahəsi və 1 ədəd fərdi yaşayış evindən ibarət olmaqla cəmi 11 əmlakın 19 milyon 706 min 660 manat ilkin satış qiyməti ilə hərrac vasitəsilə satışına hazırlıq görülür.
Hazırda əmlakların satışı ilə bağlı tədbirlər davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
12 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
