Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Qırğızıstan şirkətlərinin nümayəndələri Azərbaycanın iri sənaye parkında olublar

Şirkət nümayəndələri Azərbaycanda fəaliyyət göstərən sənaye zonalarında mövcud əlverişli investisiya imkanlarından yararlanmaqla biznes layihələrinin həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıblar.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Qırğızıstan şirkətlərinin nümayəndələri Azərbaycanın iri sənaye parkında olublar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qırğızıstanda tekstil, tikinti, aqrar, logistika və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin Sumqayıt Kimya Sənaye Parkına tanışlıq səfəri təşkil edilib.

İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Fuad Məhərrəmov şirkət nümayəndələrinə ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün yaradılmış əlverişli investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verib, sənaye zonalarının təqdimatı nümayiş etdirilib. 

Reklam_3_11

Görüşdə iştirak edən Qırğızıstan şirkətlərinin nümayəndələri təmsil etdikləri müəssisələrin fəaliyyəti və əməkdaşlıq imkanlarından danışıblar.

Eyni zamanda şirkət nümayəndələri Azərbaycanda fəaliyyət göstərən sənaye zonalarında mövcud əlverişli investisiya imkanlarından yararlanmaqla biznes layihələrinin həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıblar.

Sonda qonaqlar Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlərlə, Sənaye Parkının rezidenti “STP” MMC-nin Elektrik avadanlıqları və Ağır maşınqayırma zavodlarında gedən istehsal prosesləri ilə tanış olublar.

22.11.2023 14:34

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18