Qlobal bazarlarda texnologiya təzyiqi
Alibaba, süni intellektin inkişafı üçün vacib olan çiplərin alınması ilə bağlı qeyri-müəyyənliyi əsas gətirərək, artıq bulud biznesinin planlaşdırılmış bölünməsinə davam etmədiyini söyləyib. E-ticarət nəhəngi bulud bölməsi üçün planlaşdırılmış IPO-dan imtina edib.
Çin şirkəti "Alibaba" bulud bölməsi üçün IPO planından (səhmlərin ilkin kütləvi təklifindən) imtina edib, çip istehsalçısı "Applied Materials"a cinayət işi açılıb, araşdırma başlayıb.
Marja.az xəbər verir ki, texnologiya sektorundan gələn bu xəbərlər qlobal bazarlarda risk iştahını boğub.
"Alibaba" bulud biznesində IPO planlarını geri götürdüyü üçün, bu səhər şirkətin səhmləri və Asiya birjaları ucuzlaşır. Honq Konqun Hang Seng indeksi 2 faiz düşüb. MSCI Asia Pacific Index də geriləyib.
ABŞ və Çin arasında texnologiyada üstünlük uğrunda artan mübarizə indiyə qədər korporativ strategiyada ən təəccüblü dəyişikliklərdən birinə səbəb olub. Cümə axşamı günü Alibaba Group Holding Ltd 11 milyard dollarlıq bulud biznesini bölərək ictimaiyyətə təqdim etmək (İPO) planlarından geri addım atıb.
Bu xəbərdən sonra Alibaba səhmləri Nyu-York-da əməliyyatlarında 9,1 faiz ucuzlaşıb, şirkətin bazar dəyəri isə 20 milyard dollardan çox əriyib. Çin e-ticarət nəhəngi ABŞ-ın çip ixracına qoyulan məhdudiyyətlər səbəbindən Honq-Konq birjasında erkən ticarətdə dəyərinin təxminən 10 faizini itirib.
"Reuters" agentliyi çip istehsalçısı "Applied Materials"ın Çinə ixrac məhdudiyyətlərini pozduğuna görə ABŞ-da cinayət təhqiqatı ilə üzləşdiyi barədə xəbər yaydıqdan sonra səhmləri ucuzlaşıb. Xəbərə görə, şirkət Çinin ən böyük çip istehsalçısı "Semiconductor Manufacturing International" ilə bağladığı müqavilələrə görə Ədliyyə Nazirliyi tərəfindən araşdırılır.
Müştərilərin xəbərləri

Birbank əngəlsiz bankçılıq sahəsində inqilabi yeniliyə imza atdı: “İşarət dili ilə videozəng xidməti” təqdim edildi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 16 saat sonra
- 19 d. əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 26 d. əvvəl
-
38 d. əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
1 saat əvvəl
Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
-
1 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
1 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
-
1 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
2 saat əvvəl
Azercell “Talassemiyasız həyat naminə!” proqramı çərçivəsində qanvermə aksiyası keçirib
-
3 saat əvvəl
Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq
-
3 saat əvvəl
Alibaba-nın səhmələrinin qiyməti son 4 ilin ən yüksək səviyyəsinə qalxıb
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Halal Biznes Forumu keçiriləcək - TARİX

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq
Ən çox oxunanlar

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır

Rasional liderlik, ənənəvi liderlik, xarizmatik liderlik

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır
