Bankın rəhbərliyi və əməkdaşları qan verdilər
Bank Respublika Zəfər Günü ərəfəsində qanvermə aksiyası keçiribFəaliyyətində sosial yönümlü layihələrə hər zaman böyük önəm verən Bank Respublika, Zəfər günü ərəfəsində növbəti xeyirxah aksiya həyata keçirib.
Belə ki, Azərbaycan Talassemiya Federasiyasının dəstəyi və Milli Hematologiya və Transfüziologiya Mərkəzinin nəzdində Mərkəzi Qan Bankının təşkilatçılığı ilə Bankın Baş Ofisində talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası həyata keçirilib.
“Dəstək olaq, təbəssümlər çoxalsın!” şüarı ilə keçirilən qanvermə aksiyasında Bankın rəhbərliyi və əməkdaşları iştirak edib. Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hematoloqları tərəfindən hər bir donorun sağlamlığı yoxlanıldıqdan sonra onlardan qan götürülüb.
Qeyd edək ki, Hazırda Azərbaycanda talassemiya və digər irsi qan xəstəliyinə məruz qalan bir çox insanların həyatı məhz kütləvi qanvermə aksiyalarından asılıdır.
Bank Respublika hər kəsi bu cür aksiyalarda iştirak etməyə, donor olaraq ehtiyacı olanlara dəstək olmağa çağırır!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

















.jpg)






