Azərbaycanın dövlət büdcəsinin yarısı neft sektorundan asılı olaraq qalır

Xəbər verdiyimiz kimi, 2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat proqnozlaşdırılır ki, bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 282,5 milyon manat və yaxud 0,8 faiz, 2022-ci ilin icra göstəriciləri ilə müqayisədə 3 milyard 493,4 milyon manat və yaxud 11,4 faiz çoxdur. Dövlət büdcəsinin xərcləri 36 milyard 763 milyon manat proqnozlaşdırılır ki, bu da 2023-cü illə müqayisədə 138,2 milyon manat və ya 0,4 faiz çoxdur. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 2 milyard 590 milyon manat proqnozlaşdırılır ki, bu da 2023- cü illə müqayisədə 144,3 milyon manat və ya 5,3 faiz azdır.
Marja.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2024-cü il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin 50,2 faizi və ya 17 milyard 164 milyon manatı neft sektorunun, 49,8 faizi və ya 17 milyard 9 milyon manatı qeyri-neft sektorunun payına düşür. 2023-cü ilin dövlət büdcəsinin göstəricisi ilə müqayisədə neft sektorunun gəlirləri (ARDNF-dən transfert daxil olmaqla) 775,7 milyon manat və ya 4,3 faiz az, qeyri-neft sektorunun gəlirləri isə 1 milyard 58,2 milyon manat və ya 6,6 faiz çox, 2022-ci ilin icra göstəriciləri ilə müqayisədə neft sektorunun gəlirləri 1 milyard 834,4 milyon manat və ya 12,0 faiz, qeyri-neft sektorunun gəlirləri 1 milyard 659 milyon manat və ya 10,8 faiz çoxdur.
Neft sektoru üzrə dövlət büdcəsi gəlirlərinin 74,5 faizini və ya 12 milyard 781 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 25,5 faizini və ya 4 milyard 383 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir.
Qeyri-neft sektoru üzrə dövlət büdcəsi gəlirlərinin 58,1 faizini və ya 9 milyard 890 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 34,7 faizini və ya 5 milyard 900 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 4,9 faizini və ya 831 milyon manatını büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən büdcədənkənar fondlara daxilolmalar, 2,3 faizini və ya 388 milyon manatını sair gəlirlər təşkil edir.
2024-cü ildə vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinin qeyri-neft gəlirlərinin 88,2 faizini və ya 13 milyard 929 milyon manatını vergi gəlirləri, 11,8 faizini və ya 1 milyard 861 milyon manatını qeyri-vergi gəlirləri təşkil edir.
2024-cü ildə dövlət büdcəsi gəlirlərinin 13 milyard 865 milyon manatı və ya 40,6 faizi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların, 12 milyard 781 milyon manatı və ya 37,4 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 5 milyard 900 milyon manatı və ya 17,3 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 831 milyon manatı və ya 2,4 faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 796 milyon manatı və ya 2,3 faizi isə sair gəlirlərin payına düşür.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
