9 ünvanda Bravo-nun bağlanması ilə bağlı AÇIQLAMA
9 ünvanda yerləşən Bravo mağazaları strategiyasına cavab vermədiyi üçün fəaliyyətini dayandırır. Bu ilin əvvəlindən 18 yeni Bravo istifadəyə verilib. Bununla da şəbəkə 140 mağaza ilə 5 regionda alıcıların xidmətindədir. İl sonuna qədər 8 mağaza müştərilərin ixtiyarına veriləcək.Sosial mediada "Azerbaijan Supermarket" MMC şirkətinə məxsus olan 10-dək Bravo marketin bağlandığı barədə məlumatlar, foto və videolar paylaşılır.
Məlumat ilə əlaqədar olaraq "Azerbaijan Supermarket" şirkəti Marja.az-ın sorğusuna cavab verib.
"Qeyd etdiyiniz məsələ ilə bağlı aydınlıq gətirmək istəyirik: Müştəri məmnuniyyəti və brend loyallığı Bravo marketlər şəbəkəsi üçün həmişə prioritet olub. Mağazalarımız daxili brend strategiyasına uyğun olmalı və müştərilərə ən yaxşı alış-veriş təcrübəsini təqdim etməlidir. Nəzərinizə çatdırırıq ki, aşağıda qeyd edilən 9 ünvanda yerləşən mağazalarımız Strategiyaya cavab vermədiyi üçün fəaliyyətini dayandırır:
1. Nəsimi rayonu, Əlimərdan Topçubaşov ilə Salatın Əsgərova küçələrinin kəsişməsi
2. Nəsimi rayonu, Azadlıq pr., Slavyan Universitetinin yaxınlığı
3. Xətai rayonu, Məzahir Rüstəmov küç., 26 saylı binanın yaxınlığı
4. Nərimanov rayonu, Faiq Yusifov küç. 15
5. Nizami rayonu, Qara Qarayev prospekti, 53
6. Xətai rayonu, General Şıxlinski küçəsi, 34C və 34E, qapı 1, 2
7. Xətai rayonu, Sadıqcan küçəsi 8A (Elit Palace)
8. Bakıxanov qəsəbəsi, Sülh küçəsi 2/20
9. Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsi 16
Müştərilərimizə göstərdikləri maraq üçün təşəkkür edir və bildirmək istəyirik ki, bu ilin əvvəlindən 18 (Gəncə, Tovuz,Yevlax və Bakı) mağazamız onların xidmətinə verilib. Bununla da 140 mağazamızla 5 regionda alıcılarımızın xidmətindəyik.
İl sonuna qədər böyümə strategiyasına uyğun olaraq daha 3 yeni regionda- Lənkəran, Şamaxı, Göyçay və Bakıda 8 mağaza müştərilərin ixtiyarına veriləcək. Bütün görülən yeni addımlar Bravo marketlər şəbəkəsinin daha çox alıcıya sərfəli qiymətlərlə daha geniş və keyfiyyətli məhsulların seçimini təklif etmək məqsədi daşıyır".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)









.jpg)








